Kəskin revmatik qızdırma Əlaqə: 051 567-66-96
Кəskin revmatik qızdırma – A qrupundan olan beta-hemolitik streptokokkların yaratdığı iltihabi xəstəlikdir. Əsasən, streptokk angina və ya skarlatina düzgün müalicə olunmadıqda yaranır.Bu xəstəlik ən çox, 5-15 yaş aralığında olan uşaqlarda qeydə alınır, lakin bundan aşağı və böyk yaşlı insanlarda da rast gəlinir.Kəskin revmatik qızdırma ürək qapaqlarının qazanılmış qüsurları və ürək çatışmazlığı kimi geridönməz ürək xəstəliklərinə gətirib çıxara bilər.
Kəskin revmatik qızdırmanın yaranma səbəbləri
Streptokokk infeksiyası və kəskin revmatik qızdırma arasındakı əlaqə mexanizmi məlum deyil. Çox güman ki, burada söhbət bakteriyanın immun sistemini “aldadmasından” gedir. Bakteriyanın divarındakı zülal insan orqanızmindəki bəzi toxumaların zülallarına bənzəyir. Ona görə də immun sisteminin, adətən bakteriyalara hücum edən hüceyrələri bu zülalı miokard, oynaq, dəri və mərkəzi sinir sistemini zülalını – infeksion agent kimi qəbul edə bilər. İmmun sistemin reaksiyası zamanı isə iltihabi proses inkişaf edir.
Kəskin revmatik qızdırmanın əlamətləri
Kəskin revmatik qızdırma özünü aşağıdakı əlamətlərlə büruzə verə bilər:
Kəskin revmatik qızdırmanın diaqnostikası
Kəskin revmatik qızdırmanın diaqnostikası aşağıdakı qaydada aparılır:
Kəskin revmatik qızdırmanın müalicəsi
Kəskin revmatik qızdırmanın müalicəsi A qrup beta-hemolitik streptokokkların tamamilə məhv olunmasına, iltihab və resedivlərin qarşısınn alnmasna yönəldilir. Terapiya antibiotik və iltihabəleyhinə preparatlar vasitəsilə aparılır.