Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

09:00-12:00
Mayomed

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Kəskin revmatik qızdırma Əlaqə: 051 567-66-96
 hekimtap.az

Kəskin revmatik qızdırma Əlaqə: 051 567-66-96

4891
Author: Terapevt Nərminə Abbasova

Published: 24.06.2019
Mayomed

Кəskin revmatik qızdırma – A qrupundan olan beta-hemolitik streptokokkların yaratdığı iltihabi xəstəlikdir. Əsasən, streptokk angina və ya skarlatina düzgün müalicə olunmadıqda yaranır.Bu xəstəlik ən çox, 5-15 yaş aralığında olan uşaqlarda qeydə alınır, lakin bundan aşağı və böyk yaşlı insanlarda da rast gəlinir.Kəskin revmatik qızdırma ürək qapaqlarının qazanılmış qüsurları və ürək çatışmazlığı kimi geridönməz ürək xəstəliklərinə gətirib çıxara bilər.

Kəskin revmatik qızdırmanın yaranma səbəbləri

Streptokokk infeksiyası və kəskin revmatik qızdırma arasındakı əlaqə mexanizmi məlum deyil. Çox güman ki, burada söhbət bakteriyanın immun sistemini “aldadmasından” gedir. Bakteriyanın divarındakı zülal insan orqanızmindəki bəzi toxumaların zülallarına bənzəyir. Ona görə də immun sisteminin, adətən bakteriyalara hücum edən hüceyrələri bu zülalı miokard, oynaq, dəri və mərkəzi sinir sistemini zülalını – infeksion agent kimi qəbul edə bilər. İmmun sistemin reaksiyası zamanı isə iltihabi proses inkişaf edir.

Kəskin revmatik qızdırmanın əlamətləri

Kəskin revmatik qızdırma özünü aşağıdakı əlamətlərlə büruzə verə bilər:

  • Qızdırma;
  • Oynaqlarda ağrı;
  • Oynaq nahiyələrində şişkinlik;
  • Dəri altında kiçik, ağrısız düyünlərin əmələ gəlməsi;
  • Sinədə ağrı;
  • Ürəkdə küy;
  • Yorğunluq və s.

Kəskin revmatik qızdırmanın diaqnostikası

Kəskin revmatik qızdırmanın diaqnostikası aşağıdakı qaydada aparılır:

  • İltihabı aşkar etmək üçün oynaqlar müayinə edilir;
  • Bədən hərarəti ölçülür;
  • Dəri örtüyü dərialtı revmatik düyünləri və ya səpgiləri aşkar etmək üçün müayinə edilir;
  • Ürəyin auskultasiyası (ürəyə qulaq asmaq) və s. aparlır.

Kəskin revmatik qızdırmanın müalicəsi

Kəskin revmatik qızdırmanın müalicəsi A qrup beta-hemolitik streptokokkların tamamilə məhv olunmasına, iltihab və resedivlərin qarşısınn alnmasna yönəldilir. Terapiya antibiotik və iltihabəleyhinə preparatlar vasitəsilə aparılır.