Пн-Пт

08:00-18:00

Сб

08:00-18:00

Вс

Выходной
Hayat Clinic

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса
Bel yırtığı hekimtap.az

Bel yırtığı

4391
Автор: Fizioterapevt Yeganə Əliyeva, 070 215-05-67

Опубликовано: 02.03.2020
Hayat Clinic

Bel  Yırtığı : Fəqərəarası disk yırtığı nədir?

Ətrafımızda bir çox insanların daha çox rastlaşdığı problemlərdən biri də bel yırtığıdır. Onurğamızın bel hissəsi bel fəqərələri və qığırdaq toxumasından təşkil olunmuş intervertebral disklərdən təşkil olunmuşdur.İntervertebral diskin rolu- fəqərəarası amartizator rolu və yastıq funksiyasını yerinə yetirməkdən ibarətdir. Bu disklər zamanla yaşlanır,öz formasını dəyişərək şişkinləşir. Kapsulu yırtaraq sinirə təzyiq edir.Bu bel yırtığı adlanır.Bel yırtığı boyun yırtığına  nisbətən daha çox rast gəlinir. Buna səbəb isə  onurğamızın bel hissəsinin boyuna görə daha çox yük daşımasıdır.İntervertebral disklərdə əmələ gəlmiş  yırtıq 2 istiqamətdə: onurğa iliyinə və onuğadan çıxan sinirlərə təzyiq edə bilər.Onurğamızın bel hissəsindən çıxan sinirlər ayaqlara doğru yönəldiyi üçün sinir ağrıları aşağı ətraflarda baş verir.Yırtığın hansı bel fəqərəarası diskində yarandığından asılı olaraq ağrı istiqaməti dəyişilə bilər.Ən çox yırtıq bel onurğamızın L5-S1,L4-L5, fəqərəarası disklərində baş verir .L5-S1 də yırtıq varsa ağrı baş barmağa doğru, L4-L5 də isə topuğa doğru yönəlir.

Əsasən bu ağrılar aktiv hərəkət zamanı artır,istirahət verildiyi zaman azalır Əgər belimizdə ağrı baş verdiyi  zamandan istirahət verilərsə və ağrı 48 saat müddətində keçməzsə,mütləq həkimə müraciət etmək lazımdır.

Bel ağrıları təkrarlana bilərmi?

  • Bilər : Çünki zamanla irəliləyən xəstəlikdir.

Qoruya bilərikmi?

  • Qoruya bilərik: Xüsusi profraktik tədbirlər və idman hərəkətləri vasitəsi ilə qorumaq mümkündür.

Müalicə olunurmu?

  • Olunur: Bu irəliləyən xəstəlik hesab edilir.Qəflətən yaranmır.Zamanla beldə ağrılar olur və qəfləti bir yanlış hərəkət  bel yırtığına səbəb ola bilir.Ona görə xəstə zamanında həkimə müraciət etmiş olarsa tamamilə müalicə olunur.

Nə zaman əməliyyat olunur?

  • Əgər dərman müalicəsi və fizioterapevtik müalicə nəticə verməzsə əməliyyat olunur.

Bel ağrısına səbəb olan amillər?

  • Miofasial ağrılar
  • Oynaq ağrıları
  • Bel lordozu (bel düzləşməsi)
  • Stress
  • Uzun zaman eyni pozisyonda qalmaq
  • Bel-oma əyriliyi
  • Travma
  • Artroz
  • Spinal stenoz
  • Ağırlıq,yük qaldırma
  • Səhv yönləndirilmiş hərəkətlər
  • Oturaq iş
  • Uzun müddət önə əyilməklə görülən iş
  •  infeksion xəstəliklər

Bel ağrısına səbəb olan faktorlardır.

Bel yırtığının simptomları?

  • Zaman-zaman təkrarlanan bel ağrıları
  • Ayaqlara yayılan ağrı
  • Öskürmək,asqırmaq zamanı ağrının artması
  • Aşağı ətraflarda hissiyyat zəifliyi
  • Aşağı ətraf əzələlərində gücsüzlük
  • Refleks dəyişiklikləri (azalma,itmə kimi)

Bel yırtığının diaqnostikası:

MRT ,KT bəzi hallarda EMG tələb oluna bilir.

Bel yırtığının müalicəsi:

Ağrı kəsicilər ,miorelaksantlar,iltihab əleyhinə dərmanlar və fizioterapevtik müalicələr vasitəsiylə həyata keçirilir.Xəstələrin 100-dən 90-nı fiziki yöntəmlər vasitəsiylə müalicə olunur.Bunun üçün şöbəmizdə:

  1. Elektrofarez
  2. Hilt terapiya
  3. Maqnit terapiya
  4. Ultrafonofarez
  5. David zal (vertebra üçün nəzərdə tutulur) və.s kimi metodikalardan sitifadə edilir.