Язык:
Русский
Zərərli toksinlərdən xilas edən bağırsaq detoksu
16 мая 2018 8524Düzgün qidalanmamaq, normadan çox yemək və müxtəlif toksinlərə məruz qalmaq bağırsaqların fəaliyyətinə təsir göstərən faktorlar sırasında yer alır. Bağırsaqlar isə vücudun beynidir. Burada toplaşan toksinlər zaman daxilində maddələr mübadiləsinin zəifləməsinə və müxtəlif xəstəliklərə yoluxmağımıza səbəb olur.
Təqdim edəcəyimiz detoksla bağırsaqlardakı toksinlərdən qısa müddət ərzində təmizlənə bilərsiniz.
Lazım olanlar:
– 1 ədə portağal suyu
– ½ qreypfurt suyu
– 2 dilim ananas
– 3 dəstə cəfəri
– 1 xörək qaşığı kətan toxumu (10 qr)
– ½ stəkan su (100ml)
Hazırlanması:
Portağallı iki yerə bölüb kəsin və suyunu sıxın. Yarım qreypfurtun da suyunu sıxın və blendera portğal suyu ilə bərabər şəkildə qoyun.
Daha sonra doğranılan ananası , cəfəri və toxumları da əlavə edin.
Daha rahat qarışması üçün yarım stəkan su əlavə edin. Bir neçə dəqiqə ərzində qarışdırın.
Səhərləri ac qarnına bu içkidən qəbul edin. Yarım saatdan sonra isə yeməyinizi yeyə bilərsiniz.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1