Язык:
Русский
Yayda sərinləşdirən faydalı içkilər
16 июля 2018 7349Hər birini özünüz evinizdə hazırlaya bilərsiniz. BUnunla həm canınızı həm də cibinizi qoruyacaqsınız.
Isti yay günlərində əksər insanlar buz kimi limonatlardan istifadə edirlər. Ancaq unudulmamalıdır ki, içilən içkilərin faydadan çox zərəri mövcuddur. 600 ml limonad, 250 kalori və 68 qr şəkər edir.
Mütəxəssislər, kimyəvi qatqılarla hazırlanan içkilər əvəzinə təbii suları tövsiyə edirlər. Bunun sayəsində arıqlamağınıza da kömək edə bilərsiniz.
Arıqlamaq və ya formada qalmaq üçün əsas şərtlərdən biri bol maye qəbul etməkdir. Su içmək vücudun maye miqdarını tənzimləyir. Qarın şişliklərindən qoruyaraq daha az yeməyinizə səbəb olur. Suyun içinə limon da əlavə edərək dadlandıra bilərsiniz. Bununla da həm susuzluğunuzu yatızdıracaqsınız, həm də düzgün formada qala biləcəksiniz.
Digər sərinləşdirici içki növü isə qarpızlı buzlu sudur. Buz əlavə edilmiş qarpız suyu az kalorili olmaqla sağlamlıq üçün faydalıdır. Xərçəngə qarşı qoruyur, kimyəvi qatqılardan bədəni təmizləyir. Vücudun yağ səviyyəsini aşağı endirir.
Buzlu nanə çayından da yay aylarında rahatlıqla istifadə edə bilərsiniz. Həmçinin qarın düzləşdirmə zamanı bu içki növü çox effektlidir. Həzmi asanlaşdırır,qarın şişkinliyindən qoruyur.
Yaşıl çay – ürək və xərçəng xəstəlikləri riskini azaldır. Bununla yanaşı qarın nahiyənizi yağlanmadan xilas edir. Antioksidandır. İdmandan öncə içməyinizdə fayda var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1