Язык:
Русский
Xəyalə Nağıyeva: “Övladarınızı sevin ki, sağlam və xoşbəxt böyüsünlər”.
13 августа 2018 10735Təssüf ki, pediatrik xəstəliklər ölkəmizdə gündən-günə daha da aktuallaşır. Virus xəstəlikləri mövsümü yaxınlaşır. Düşündük ki, bu baxımdan mütəxəssis tövsiyələri ilə tanış olmaq sizin üçün də maraqlı olardı. Müsahibimiz “Aysmed” klinikasının həkim-pediatrı Xəyalə Nağıyevadır.
– Belə deyək, ümumiyyətdən başqa, hər müvsümün özünə xas olan xəstəlikləri var. Payız ayları - kəskin virus xəstəliklərinin aktivləşdiyi dövr yaxınlaşır və ona görə tövsiyə edərdim ki, valideynlər uşaqlarının səhhhətinə daha da ciddi yanaşsınlar, profilaktik tədbirlərə diqqət yetirsinlər və problem yaranarsa, mütəxəssisə vaxtında müraciət etsinlər. O ki qaldı tez-tez rast gəlinən xəstəliklərə, buraya kəskin respirator virus xəstəliklərini, koksaki virusunu, süçiçəyini, 6-cı xəstələyi və s. aid etmək olar.
– Bu məsələ kompleks yanaşma tələb edir və bu kompleksin elementləri həyata keçirilərsə, xəstələnmə risklərini əhəmiyyətli dərəcədə aşağı salmaq olar. Balanslaşdırılmış qidalanma, masajlar, gimnastik hərəkətlər, təmiz havada vaxt keçirmək və bu kimi tədbirlər uşaqların immunitetini artırmaq baxımından çox vacibdir.
– Peyvənd əlbəttə ki, lazımdır. Statistika göstərir ki, peyvəndlənməmiş uşaqlar peyvəndlənmişlərdən daha çox xəstələnirlər. Tutaq ki, uşaq qrip virusuna yoluxara, peyvənd nəticədində xəstəlik daha yüngül gedişata malik olur və ağırlaşmalar vermir. Buna görə də şəxsən mən əlbəttə ki, peyvəndlərin aparılmasının tərəfdarıyam.
– Peyvəndlər yalnız sağlam fonda aparılmalıdır. Bu prosedurdan əvvəl uşağı pediatr və nevroloq müayinədən keçirməlidir. Mütəxəssislər uşağın inkişafını nəzarətdə saxlayır, onlarda mərkəzi sinir sistemi və ya digər xəstəliklərin olub-olmamasını müəyyənləşdirirlər. Uşaqların bir qismi allergik patologiyalardan – dermatit və rinitlərdən əziyyət çəkirlər. Belə uşaqlarda peyvənd aparılmazdan əvvəl qanın kliniki analizi və digər göstəricilərin əsasında hazırlıq tədbirləri görülməlidir.
– Deməliyəm ki, mədə-bağırsaq traktı xəstəlikləri xeyli “gəncləşib”. Xroniki qastrit diaqnozu artıq 9 yaşlı uşağa da qoyulur, lakin əvvəllər bu diaqnoz yaşı 15-dən yuxarı olan uşaqlara qoyulardı. Buna səbəb ekologiya, keyfiyyətsiz məhsulların istifadəsi, genetik faktorlardur. Əgər valideynlər mədə-bağırsaq patologiyalarından əziyyət çəkirlərsə, uşaqların da eyni xəstəliyə düçar olması riski yüksəkdir.
Bundan başqa, bir çox ailələrdə düzgün qidalanma qaydalarına qəti əməl olunmur və bu da mədə- bağırsaq xəstəliklərinin yaranması üçün ciddi səbəbdir.
– Bayaq da qeyd etdiyim kimi, valideynlər övladlarnın səhhətlərinin qorunmasına kompleks yanaşmalıdırlar. Uşaqların sağlam olması üçün ilk növbədə, onları sevmək lazımdır. Çünki valideynlərin sevgisi uşağın psixo-emosional fonuna və gələcək inkişafına ciddi təsir göstərir.
Bir əlavəm də olacaq – elə valideynlər var ki, uşaqları xalq təbabəti reseptləri və ya ümumi təyinatlı dərmanlarla müalicə edirlər. Düzdür, xalq təbabəti üsulları bir çox patologiyaların müalicəsində uğurla istifadə olunur. Lakin xəstəliyin yaranma səbəblərini bilmədən bu qəbildən olan reseptlərin tətbiqi qətiyyən yolverilməzdir, el dilində desək – “Qaş düzəldən yerdə göz çıxarmaq” lazım deyil.
O ki, qaldı ümumi təyinatlı dərmanlara, onların mütəxəssiz tövsiyəsi olmadan istifadə etmək ciddi fəsadlara yol aça bilər. Bütün valideynləri övladlarının sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır və bir daha deyirəm – “Övladarınızı sevin ki, onlar sağlam və xoşbəxt böyüsünlər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1