Язык:
Русский
Vücudunuzda iltihabın olub-olmadığı necə anlaşılır?
19 апреля 2020 10036Vücuddakı iltihabın əlamətləri vücudun müəyyən nahiyələrində yanma və qızarma ilə özünü göstərir. Vücuddakı iltihab, hərarətə də səbəb ola bilər. İltihabın olduğu yerdə ağrı normal müşahidə olunsa da hər iltihab ağrılı olmur. Və ya iltihabın növündən asılı olaraq şişmə, axıntı da müəyyən edilə bilər. Məsələn, qulaq iltihablarında qulaq axıntısı görünə bilər.
Bu, özünü bir çox əlamətlərlə üzə verə bilər:
Qulaq arxası, diz, dirsək sümüyü kimi nahiyələrdə su toplanması ilə əlaqədar olaraq ağrılı şişlik
Oynaq və əzələlərdə hərəkət zamanı ani tutulma və ağrı
Xronik halsızlıq, ağrılıq hissi və yatma istəyi
Yorğunluq
Depressiya, özünü narahat hiss etmək
Stress
Həzm prosesində dəyişiklik, ishal və ya qəbizlik
İştahda ani dəyişiklik, az yemə və ya gərəkdiyindən artıq yemək
Burun qanaxmaları
Bədəndə görülən göyərmələr
Ağız ətrafında yaraya bənzər şişliklər, dəridə rəng dəyişimi
Keçməyən baş ağrısı
Bu əlamətlər,vücudda iltihab olduğunu göstərə bilər. Bir neçə əlamət eyni anda müşahidə olunarsa mütləq həkimə müraciət edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1