Язык:
Русский
Uşaqları günəşin zərərli şüalarından necə qorumalı?
13 июля 2018 8747İsti havalar insan vücuduna da təsirsiz ötüşmür. Hava isti olan zaman bədən istiliyi artar və tərləməyə başlayar. Bu səbəbdən daha çox maye itirərik. Bu vəziyyət qan təzyiqində düşməyə və ürəyin daha sürətli döyünməsinə səbəb olur. Bəs isti havalarda nə etməliyik?
İsti havalarda ürəyin iş yükü artdığı üçün bu sinədə ağrı yarada bilər. Ürək çatışmazlığı olan xəstələrdə vücudun sərin tutulması çox vacibdir.
Körpələr və azyaşlı uşaqlarda tər vəzləri daha azdır. Bu isə istidən daha asan təsirlənməyinə səbəb yaradır. Mütəmadi su içizdirməli, incə geyindirilməlidir və sərin tutulmalıdır. Günəşdən uşaqlar qorunmallıdır. İstivurma olmasın deyə bəzi problemlərdən uzaq tutmaq vacibdir.
Bu məqamda günəş kremləri unudulmamalıdır. 6 aydan kiçik uşaqların günəş şüalarına məruz qalması ciddi problemlərə səbəb ola bilər. İsti havalarda çölə çıxarılan zaman eynək, günəşlik papaq taxılmalıdır. Həmçinin uşaqlar üçün günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir. Belə kremlər bir çox firma tərəfindən istehsal olunur. Uşaq üçün olanı seçilməlidir.
Mütəmadi olaraq uşaqlar hovuzda və dənizdə çimməlidirlər. Günəş yanıqları uşaqlarda dəri xərçəngi riskini artırır. Bu səbəbdən günəşdə hər 2 saatdan bir günəş kremini təkrar çəkin. Saat 11:00 – 14:00 arası açıq havada gəzmək düzgün deyil. Uşaqlarınızn paltarları, vücud və ayaqlarını sərin saxlamalısınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1