Язык:
Русский
Uşağınız məktəbə getmək istəmirsə nə etməli?
26 сентября 2018 8411Məktəbə başlamaq həm valideynlər, həm də uşaqlar üçün həyəcavericidir. Bu həyəcan içində sevinc və qorxu var. Bu məqamda valideynlərin uşaqlarının yanında olmaqları çox mühümdür. Bəzən isə bu müddət çox çətin olur. Həmin çətin anlarda valideynlər necə davranmalıdırlar?
Hər uşağın məktəbə məktəbə alışma müddəti fərqlidir. Hər dəfə valideynlərdən biri uşağı aparacaqsa, ilk 2 gün sinifin qapısına qədər getmək, daha sonrakı günlərdə məktəbin qapısında vidalaşaraq onun tək getməsini təmin etmək lazımdır. Əks halda alışma müddəti bir qədər uzanacaq.
Uşaqların ev xaricində ailələrindən uzunmüddət ayrı qaldığı məkan məhz məktəbdir. Bu ilk ayrılıq müddətində uşaqda qorxu, qayğı, məyusluq lduyğular aktiv ola bilər. Uşağın bu müddətdə ən çox ehtiyacı olan ailəsinin yanında olduğunu və onu sevdiyini bilməsidir. Uşağın bu müddətə alışması üçün ən əsas 2 ünsür mövcduddur. Bunlardan biri ana və atanın uşağına fərqli cəhətdən yaxınlaşması, digəri isə uşağa verilən sözlərin tutulmasıdır. Məsələn məktəbə gedən zaman analar daha duyğusal olur. Ata isə daha sərt olduğundan uşaqlar bu zaman daha tez qəbul edir.
Əgər uşaq məktəbə getmək istəmirsə ilk olaraq ona məktəbin faydalı olduğu və mütləq şəkildə gedilməli olduğu izah edilməlidir. Ən əsas məqam isə bu ərəfədə qərarınızın qəti olmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1