Язык:
Русский
Uşağınızı tətilə apararkən bu risklərdən qoruyun
07 июля 2018 7189Türkiyəli həkim Şükrü Yener yay aylarında tətilə çıxan uşaqları gözləyən risklərdən danışıb. İlk olaraq mütəxəssis, uşaqların günorta saatlarında çölə çıxmaqlarını düzgün hesab etməyib. Buna səbəb isə günəşin zərərli ultrabənövşəyi şüalarıdır.
Bundan sonra ehtiyyatlı olunacaq məqam isə təyyarə ilə uçuşdur. Uşaqlar və körpələr təyyarədəki təzyiq səbəbilə təsirlənə bilərlər. Orta qulaq təzyiqini tənzimləmək üçün təyyarənin enişi və qalxışı zamanı uşaqların əmizdirilməsi , böyük uşaqların saqqın çeynəməsi faydalıdır. Körpələrin ən az 7 gün günlük olmaları təyyarəyə minmək üçün əsas şərtlərdəndir.
2 yaşından kiçin uşaqlar, qucaqda səyahət etməlidirlər. Səyahət zamanı oturacaqlarınızı koridor tərəfdə yerləşən yerlərdən seçin.
Təcili yardımlar üçün qızdırma salan dərmanlar, qızdırma ölçən və ağrıkəsici götürülməlidir.
Həşərat dişləmələrinə qarşı qaşıntını azaldan dərmanlar lazımdır.
Uşaqların sevdiyi oyuncaqlar.
Dənizə girmək üçün batmaqdan qoruyan qoruyucu şarlar.
Günəş şüalarından qoruyan kremlər.
Uşaqlarınız üçün bulantının qarşısını alan dərmanlar.
Yara bandları.
İshal, allergiyaya qarşı dərmanlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1