Язык:
Русский
Trans yağ nədir... Hansı qidalarda mövcuddur?
12 сентября 2018 17174Trans yağ təbii yağ növü deyil. İnsan sağlamlığı cəhətdən zərərli olan trans yağ, bitki tərkibli yağa “hidrogenerasiya” adlandırılan prosedur tətbiq etməklə əldə edilən yağdır. Bu növ yağ mənfi xolestreni yüksəldərək infarkt, damar tıxanıqlığı kimi bir çox ciddi xəstəliyə yol aça bilər. Xüsusilə də günümüzdə hazır qidalardan daha çox istifadə edilir ki, bu da trans yağların artması deməkdir. İstifadə etdiyimiz cips, hazır un məmulatları yeməklə trans yağları qəbul etmiş oluruq.
Trans yağ doymamış yağ asitlərinin ümumi adıdır. Çox yüksək istilikdə əldə edilir. Bu növ yağlardan uzun illər ərzində istifadə edə bilərsiniz. Amma sağlamlığınız buna icazə verəcəkmi bilinməz. Çünki ölümcül xəstəliklərə yoluxmaq ehtimalı yüksəlir.
Hazırlanmasında bir çox kimyəvi maddədən istifadə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1