Язык:
Русский
Tox tutan qidalar
29 мая 2018 9229Dövrümüzdə bir çox insanın problem halına gətirdiyi artıq çəkilər insana olduqca mənfi təsir göstərir. Bu səbəbdən insanlar pəhrizə başlayır, tərgidir, yenidən başlayırlar. Bütün bunların başında isə düzgün olmayan qidalanma gəlir. Adətən qəbul edilən yanlış yeyəcəklər nəticəsində artıq çəki qazanılır. Kökəlməmək üçün tox tutan yeyəcəklər seçilməlidir.
Kökəlməyin iki əsas səbəbi mövcuddur. Bunlar yanlış qidalanma və hərəkətsiz yaşamağın nəticəsidir. Qazanılan çəkilər əridilmədikcə yağa çevrilir.
Kökəlməyin altında yatan əsas səbəblər:
– Yaşın artması
– Hamiləlik
– Əmizdirmə
– Genetik
– Qan şəkərinin aşağı düşməsi
– Tiroid vəzi xəstəlikləri
– Hormon pozğunluqları
– Siqaret vərdişindən imtina
– Depressiya
– Spirtli içkidən istifadə
Yumurta – Səhər süfrənizdən əksik etməyin. Protein səbəbiylə toxluq hissi verir.
Armud, heyva – Xolestrini tənzimləyir. Mədənizin tox hiss etməsinə səbəb olacaq.
Banan – Aclıq zamanı yeyilməsi vacib olan önəmli meyvədir. Mədədə doluluq hissi yaradır. Vücudun şəkər ehtiyacını qarşılayır.
Badam – Ara qida kimi yeyilməli olanlardandır. Gündə bir ovuc qədər yeyilməldir. Tərkibindəki asid və protein toxluq hissi yaradır.
Yaşıl çay, şorba, xiyar da toxluq hissi verən qidalar sırasındadır.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1