Язык:
Русский
Su içməmək hansı xəstəliklər yaradır?
22 марта 2018 8116Su həyatdır. İnsan sağlamlığının əsasını təşkil edir.
Yorğunluğunuzun əsas səbəbi su içməmək ola bilər.
Sağlam insan vücud ağırlığının kişilərdə 60, qadınlarda isə 50 faizi sudan ibarətdir. Bu göstərici yeni doğulan körpələr üçün 70faiz təşkil edir. Beynin 95 faizi və ağciyərlərin 90 faizi sudur. Vücudda olan suyun 2 faizinin azalması nəticəsində yorğunluq, diqqət əksikliyi, yaddaş ilə bağlı problemlər ortaya çıxır.
Gün ərzində davam edən yorğunluğun əsas səbəbi məhz su itkisidir.
İnsan orqanizmində bütün funksiyaların normal işləyə bilməsi üçün kifayət qədər su içilməlidir.
Gündə 8-9 stəkan və ya 2-2,5 litr su içmək vücudun su ehtiyacını qarşılayır.
Suyun dadını sevməyənlər ya da mədə bulantısı olanlar dilimlənmiş meyvə dilimləri və ya kök kimi meyvə, tərəvəzlərdən də istifadə edə bilərlər.
Çay və ya qəhvə kimi içkilər vücuddan su azaltdığı üçün suyu əvəz edə bilməz.
Su içmək üçün susamağı gözləməyin. Gün ərzində tualet ehtiyacı vücudun su ehtiyacı olub-olmadığının ən vacib göstəricisidir. Belə ki, tünd rəng orqanizmin suya ehtiyacı olduğunu göstərir.
Dərinin nəmli qalmasının əsas qaynağı sudur.
Vücudun ən böyük orqanı dərinin suya daha çox ehtiyacı var. Sağlam, yumşaq, nəmli və yaşlanmağın təsirlərinin görünmədiyi bir dəri üçün gündəli su istifadəsinə diqqət göstərmək lazımdır.
- Qəbizlik;
- Unutqanlıq;
- Baş ağrısı;
- Saç tökülməsi, kəpəklənmə;
- Böyrək funksiyalarının pozulması;
- Əmizdirən qadınlarda südün azalması;
- Böyrəklərdə qum və ya daşın yaranması.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1