Язык:
Русский
Panik atak nədir?
12 июля 2020 9316Panik atak və ya panik pozuntu son illərdə çox müşahidə edilir. Şəxsin gözləmədiyi bir anda heç bir sıxıntısı olmadan ortaya çıxa bilən problemdir. Sinədə ağrı ya da baş dönməsi ilə özünü göstərir.
Bəs bu zaman edilən şikayətlər hansılardır?
Ürək döyüntüsü
Titrəmə
Tərləmə
İsti basması
Bulantı
Qolda uyuşma
Şəxsin gözləmədiyi bir anda, heç bir sıxıntı olmadan ortaya çıxa bilən problem, özünü sinədə ağrı, gicəllənmə və s ilə göstərir.
Bu zaman şəxs, gündəlik həyatında hansısa hadisə baş verməmiş narahatçılıq, nəfəs ala bilməmək, əzələlərdə gərginlik, soyuq tərləmə, titrəmə, mədə bulantısı, nəzarəti itirmə halları yaşayır. Hətta bunlar, ölüm qorxusunu belə yaşada bilər. Bu problem panik atak olaraq adlandırılır.
Hər insan həyatının müəyyən dövründə panik atak keçirə bilər. Əgər mütəmadi davam edərsə bu panik pozuntu adlandırıla bilər. Belə xəstələr şəkər düşməsi tutmaları, tiroid hormonu artıqlığı başda olmaq üzrə hormonal xəstəliklər, nevoloji problemlər də yaşaya bilərlər. Psixiatr tərəfindən müalicə edilir.
Panik atak probleminə qarşı alına biləcək tədbirlər hansılardır?
Bunun zehni vəziyyət olduğunu dərk edin
Yalnız olmadığınızı özünüzə xatırladın.
Bu problemi yaşayan başqa insanlarla tanış olun.
Bu zaman gözlərinizi bağlamayın və diqqətinizi bir yerə istiqamətləndirin.
İdmanla məşğul olun
Yuxu rejiminizə diqqət edin
Düzgün qidalanın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1