Язык:
Русский
Siz də risk qrupundasınız...
19 октября 2018 14032Son 20-30 il ərzində dünyada artıq çəkili insanların sayı artıb. Artıq çəki problemi isə özü ilə birlikdə bir sıra xəstəliklər gətirir ki, bu xəstəliklərdən biri də süd vəzi xərçəngidir.
Xüsusilə qadınların menopauzadan sonra aldığı çəkilər sinə xərçənginə səbəb olan faktorlardandır. Menopauzaya girən qadınlarda yumurtalıqlar funksiyasını itirir və estrogen ifrazı dayanır. Bu mərhələdən sonra bədən estrogen hormonuna bənzər bir hormon ifraz edir ki, bu da süd vəzi xərçənginin yaranmasına səbəb ola bilər.
Artıq çəkili qadınların süd vəzi xərçənginə tutulma riski normal çəkidə olan qadınlardan 1.8 dəfə çoxdur. Artıq çəki süd vəzilərində böyümə və yağlanmaya səbəb olduğundan süd vəzi daxilində əmələ gəlmiş kütlənin aşkarlanmasını gecikdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1