Язык:
Русский
Sağlam və gənc qalmaq istəyirsiniz? - kontrast duş qəbuluna başlayın
19 декабря 2017 25067Müasir dövrdə tam sağlam adam tapmaq çox çətindir. Həkimlərdən tez-tez belə bir ifadə eşidirik – “nisbətən sağlam adam”. Yox ki, insanlar sağlam olmaq istəmirlər – hamı istəyər ki, gümrah olsun və hər səhər yatağından əla əhval-ruhiyyə ilə qalxsın, amma təəssüf ki, söhbət bədənin möhkəmləndirilməsindən, düzgün qidalanmadan gedəndə vərdiş etdiyi həyat tərzini dəyişmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə azalır. Yeri gəlmişkən, orqanizmi möhkəmləndirməyin daha bir metodu da var və o, elə də mürəkkəb metod deyil – söhbət kontrast duşdan gedir (növbəli olaraq isti və soyuq duşun altında dayanmaq). Razılaşaq ki, duş bu gün demək olar ki, bütün evlərdə var.
Kontrast duşa başlamağa qərar vermək o qədər də asan deyil, çünki ilk günlərdə elə də xoş təəssürat yaratmır, əksinə gərginlik və diskomfort hissləri doğurur. Nəzəri olaraq hamı bilir ki, bu prosedur bütün orqanizmi gümrahlandırır, immuniteti gücləndirir, qan dövranını və dərinin vəziyyətini yaxşılaşdırır, sellüliti aradan qaldırır və hətta arıqladır, amma təəssüf ki, çoxumuz kontrast duşa başlamamaq üçün nə qədər istəsəniz bəhanə tapırıq. Yəqin ki, bu ona görə baş verir ki, kontrast duş haqqında kifayət qədər maariflənməmişik. Odur ki, Hekim Tapın təqdim etdiyi məqaləni diqqətlə oxuyun.
Kontrast duş – təkcə gümrahlıq, enerji və soyuqdəymədən müdafiə deyil, bu – bütün orqanizmin məşqidir. Bu zaman əzələlər, vətərlər, damarlar, kapilyarlar, hüceyrlərər, bir sözlə, orqanizmimizdə nə varsa, məşq edir və maddələr mübadiləsi əhəmiyyətli dərəcədə sürətlənir, bu isə o deməkdir ki, artıq çəki də tezliklə aradan qalxır. Kontrast duş mütəmadi olaraq qəbul edildikdə, orqanizm kalori yandırır, dəri və əzələlər isə yenidən elastik olur, sellülit aradan qalxır. Düzdür, sellüliti aradan qaldırmaq üçün bir qədər əziyyət çəkmək lazımdır – bunun üçün sellülit olan nahiyələri su şırnağı ilə masaj etmək lazımdır.
İnsanların əksəriyyəti kontrast duşu məhz xoşagəlməz hisslər səbəbindən qəbul etmək istəmirlər. Xüsusən də qadınlar buna qərar verməyə çətinlik çəkirlər, çünki onların dərisi daha zərif və həssasdır. Qeyd etmək lazımdır ki, diskomfort hissini əvvəlcə hamı yaşayır, lakin bu, çox davam etmir – 4-cü və ya 5-ci prosedurdan sonra hər şey qaydasına düşür və kontrast duş qəbulu gimnastika və ya diş firçalama kimi vərdişə çevrilir.
Əvvəlcə özünüzü buna kökləyin və sakitləşin, sonra cod bir dəsmal götürün, vərdiş etdiyiniz komfortlu, yumşaq dəsmallar bu prosedura yaramır. Kontrast duşdan sonra çevik silinmək lazımdır. Bu, nəinki dərini qurudur, həmçinin, qan dövranını yaxşılaşdırır, belə ki, son sulama soyuq olur – bu, prosedurun mütləq qaydasıdır.
Prosedurun əvvəlində su isti olmalıdır, sonra bir qədər də isti: lakin suyu tədricən isitmək lazımdır, onu qaynar edib bədəni əziyyətə salmaq qətiyyən olmaz – bədən gərgin deyil, tam sakit olmalıdır. Təxminən bir dəqiqə ərzində isti suyun altında dayanmaq, sonra dərhal soyuq suyu açmaq lazımdır, onun altında 30 saniyədən artıq dayanmaq tələb olunur. Ancaq bunu birdən birə etmək də tövsiyə edilmir, suyun altında dayanma müddətini bir ay ərzində tədricən artırmaq lazımdır.
Duş qəbulunu soyuq su ilə yekunlaşdırıb, bədəni çəhrayı rəng alana kimi cod dəsmal ilə qurulamaq lazımdır.
Əslində, biz bütün prosedurun təsvirni vedik. Lakin bəzi incəliklər də var.
Hətta özünü tam sağlam hesab edən adam belə edərsə, onun təzyiqi oynaya, ciddi soyuqdəymə və ya iltihabi proseslər başlaya bilər. Kontrast duşu hər gün qəbul etmək lazımdır, hətta gündə iki dəfə də olar. Yüngül soyuqdəyməniz olsa da, proseduru dayandırmayın, çünki əsas odur ki, duşu müntəzəm qəbul edəsiniz.
Bir neçə həftədən sonra immunitet daha da möhkəmlənəcək, endokrin sistemin, həmçinin damar və əzələlərin fəaliyyəti yaxşılaşacaq. Bütün bədənin dərisi dəfələrlə təravətli və gənc olacaq, əvvəlki hamarlığı və möhkəmliyi geri qayıdacaq. Prosedur zamanı dərimiz sanki gimnastika edir. İsti suyun təsirindən dəridəki gözənəklər açılır, soyuq suyun təsirindən isə yığılır və bu, bir neçə dəfə baş verir. Aydın məsələdir ki, bu zaman qanın sirkulyasiyası güclənir, damarlar genişlənir, şlak və toksinlər isə dəridən aktiv şəkildə kənarlaşdırılır, bunun da nəticəsində dəri cavanlaşır və sağlam olur. Əhval-ruhiyyə tədricən yaxşılaşır, orqanizmdəki proseslər normallaşmağa başlayır, xəstəliklər isə tarixə qovuşur.
Əlbəttə ki, bütün digər müalicəvi prosedurlar kimi, kontrast duş da düzgün yerinə yetirilməzsə, ziyan gətirə bilər. Çoxlarının orqanizmi üçün soyuq duş güclü stress mənbəyidir, tez-tez xəstələnənlər üçün isə, ümumiyyətlə, əziyyətdir. Ona görə də bir çox insanlar neqativ hisslər və diskomfortu azaltmağa meyil göstərirlər və soyuq su ilə deyil, təxminən 18-19 ºС temperaturda ilıq su ilə duş qəbul edirlər və nəticədə soyuqdəymə və iltihablardan əziyyət çəkirlər. İş ondadır ki, göstərilən temperaturdakı su orqanizmin müdafiə mexanizmlərini işə salmaq üçün yetərli deyil, amma bədəni soyutmaq üçün kifayət edir. Ona görə də soyuqlamaq ehtimalı çoxdur.
Siz tədricən kontrast duşu təqribən aşağıdakı sxemlə qəbul etməyi öyrəşəcəksiniz:
Əvvəlcə ilıq, sonra isti su, daha sonra soyuq su – 30 saniyəyə və daha çox. Yenidən isti su – 20-40 saniyə, soyuq su – bir dəqiqədən çox, isti su – bir dəqiqəyə yaxın, soyuq su istədiyiniz qədər. Unutmayın ki, hər hansı temperatura dözmək üçün bədəni zorlamaq olmaz, əks halda, fəsadlar qaçılmazdır.
İndi isə kontrast duşun hamı üçün yaramaması barəsində danışaq . Bir çox sağlamlaşdırıcı prosedurlarda olduğu kimi, kontrast duşun da əksgöstərişləri mövcuddur. Kəskin tromboflebit, bədxassəli şişlər, ürək-damar və qan sistemi xəstəliklərində kontrast duş qəbul etmək olmaz.
Hipertoniya, beyin-qan dövranı pozğunluqları və damarlarda spazm zamanı kontrast duş qəbul etmək tövsiyə olunmur. Amma həkimin razılığı ilə, ehtiyatla cəhd göstərmək olar. Ümumiyyətlə, hər hansı xroniki xəstəlik zamanı, hətta uzun müddət özünü göstərməsə belə, həkimlə məsləhətləşmək lazımdır ki, səhhətinizə xeyir əvəzinə ziyan gəlməsin!
Sistit, angina kimi iltihabi xəstəliklər, həmçinin, menstruasiya zamanı kontrast duşa başlamaq məsləhət deyil.
Yaxşısı budur, kontrast duşu səhərlər – gimnastikadan sonra qəbul edəsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1