Язык:
Русский
Səsiniz tutulubsa səbəbi reflüks xəstəliyi ola bilər
03 апреля 2018 8432Bütün bu əlamətlər reflüks xəstəliyini göstərə bilər. Bu xəstəliyin müalicəsində doğru qidalanmaq əsas yer tutur.
Uşaqlıqdan etibarən müşahidə edilən və yaşayış tərzinə mənfi təsir göstərən reflüks xəstəliyi son zamanlar daha da yayılıb. Xüsusilə də stresli işlərdə çalışan, hərəkətsiz qalmaq, çoxlu çay və qəhvə içən, yanlış qidalanan, gecə gec saatlarda qidalanmaq vərdişi bu xəstəliyi yaradan əsas faktorlardandır.
Müalicəsində mütəmadi idmanla məşğul olmaq, düzgün qidalanmaq əsas məqamı təşkil edir. Faydası olmadığı təqdirdə hansısa tibbi müalicə və ya cərrahi müdaxilələrə ehtiyac duyula bilər.
Mövzu ilə bağlı türkiyəli cərrah Fatih Kar məlumatlar verib.
Onun sözlərinə görə, reflüks mədə daxilində asidin yemək borusuna geri qaçmasıdır. Geri qaçan asid qida borusunda və ətrafında bir sıra zədələnmələrə səbəb olur və bununla da bağlı olaraq şikayətlər artır.
Reflüks zamanı insanlar adətən səslərinin tutulması, sinədə, başda ağrı, ağızdan acı suyun gəlməsindən şikayət edirlər.
Çiy soğan, sarımsaq, acı bibər kimi qidalara diqqət edilməlidir. Yanlış qidalanmaq, siqaretdən istifadə, çoxlu qəhvə, çay içmək, turşu, portağal və s kimi qidalar reflüksə mənfi təsir göstərir.
Nəzərinizə çatdıraq ki, gecə yuxusu belə xəstələr üçün çox mühümdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1