Язык:
Русский
Qarın ağrısı
06 июня 2020 13562Altı saat ərzində birdən-birə başlayan qarın ağrısı, kəskin (akut) qarın xəstəliyi olaraq bilinir. Bağırsaqda olan iltihabi bir vəziyyətdən qaynaqlanarsa bu özünü iştahsızlıq, bulantı, qusma ilə biruzə verər. Ani başlayan qarın ağrısının səbəbini bilmək üçün xəstə ətraflı müayinə edilməlidir.
Bəs qarın ağrısının səbəbləri nədir?
Bu ağrılar, o nahiyəyə yaxın orqan xəstəliklərinin əlamətləri ola bilər. Mədə və bağırsaq pozuntuları, böyrək daşları, şəkər xəstəliyi, ağciyər iltihabları, infarkt, qabırğa qırıqları da qarın ağrısı yarada bilər.
Qarın ağrısı zamanı nə vaxt həkimə müraciət edilməlidir?
Şiddətli, təkrarlayıcı, artan ağrılar.
Ağrı ilə nəfəsin kəsilməsi, qanaxma, qusma, yüksək qızdırma
Qarın ağrısının sinə, boyun və çiyinə yayılması
Qarında şişkinlik
Xəstəliyin müalicəsi ağrının məhz hansı səbəbdən qaynaqlandığını bildikdən sonra müəyyən edilə bilər. Əgər kəskin kor bağırsaq yəni apendisit problemi müşahidə edilərsə bu zaman təcili əməliyyat tövsiyə edilə bilər.
Qarın ağrısına bəzi evdə hazırlayacağınız qarışımlar da müsbət təsir göstərə bilər.
Qeyd edək ki, bu misallar kəskin problemdən qaynaqlanmayan qarın ağrısı üçün nəzərdə tutulub.
Çox rast gəlinən problemlərdən biri məhz qəbizlikdir.
Limon suyu – Asidik olan isti limon suyu həzm sistemi üçün tövsiyə edilir. Limon vücuddakı toksinləri atmağa kömək edir. Bunun üçün:
Limon suyu və əlavə olaraq 1 stəkan isti su lazımdır.
Necə hazırlanır?
Bir limonun yarısını 1 fincan ilıq suya sıxın. Səhər oyandıqdan sonra və ya yatağa getməzdən öncə bu ilıq suyu için. Bu şəkildə gündə iki dəfə ilıq limon suyu içmək bağırsaq funksiyanızı artıraraq, qarın ağrısına müsbət təsir göstərəcək.
İkinci üsul isə ballı sudur. Bu qarışım bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bununla həzmdə yaranan problemləri müalicə etmiş olarsınız. Həmçinin qəbizlik probleminə də müsbət təsir göstərəcək.
Bunun üçün isə sizə 1 xörək qaşığı bal və 1 stəkan isti su lazım olacaq.
Gündə iki dəfə səhər və axşam içməyiniz tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1