Язык:
Русский
Səhər idmanı nə zaman edilməlidir?
14 июня 2018 9332Qaçmaq insanın hər gün edə biləcəyi idman növüdür.
Mütəxəssislər səhər gəzintisinin daha faydalı olduğunu diqqətə çatdırırlar. Çünki səhər havasında bol oksigen var.
Gecə ərzində insan vücudunda böyümə hormonu istehsal edilir, karbonhidratlardan istifadə edilir. Aparılan gəzintilər yağların əridilməsinə kömək edir.
İlk olaraq hər şeydə olduğu kimi səhər gəzintisi üçün də gecə yaxşı yatılmalıdır. Erkən yatıb 7-8 saat arası yatılmalıdır. Bu zaman vücud dincəlmiş olur.
Qaçmağa başlamazdan öncə isinmə, alışma hərəkətləri edilir. Bu hərəkətlər qan dövranını sürətləndirir. Vücudu qaçışa hazır hala gətirir.
Həmçinin səhər gəzintisi üçün gözəl, uyğun məkanlar seçilməlidir.
Çəki vermək istəyənlərlə çəkisini qorumaq istəyənlər olaraq iki yerə bölünür. Çəki itirmək istəyənlərin ac şəkildə qaçması vacibdir. Çünki səhər ac qarnına qaçıldığı zaman vücuddakı karbonhidrat yağların əridilməsini təmin edir.
Çəkisini qorumaq istəyənlər isə səhər yedikdən sonra da qaça bilərlər. Yenə də diqqət etmələri vacib olan nüanslar var.
Yemək qaçmağa çıxmazdan ən gec 1 saat öncə yeyilməlidir. Əks təqdirdə vücud, yeməyi həzm edə bilmədiyi üçün qaçış zamanı kəsilmə meydana gəlir. Banan, qoz, fındıq kimi qidaları qaçışa çıxmazdan öncə yemək idealdır. Həm həzmi asanlaşdırır, həm də enerji verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1