Язык:
Русский
Süd haqqında bilmədikləriniz
24 мая 2018 8864Süd dünyadakı ən yaxşı əzələ inkişafını təmin edən qidalardan biridir. Tərkibində olan kazein maddəsi yavaş həzm olunur. Bu insanın uzunmüddət tox qalınmasını təmin edir. Həm yeməklər arasında həm də yatmazdan öncə rahatlıqla istifadə edilə bilər.
Südün tərkibində kalsium və az miqdarda D vitamini mövcuddur. Mütəmadi olaraq süddən istifadə etmək osteopeni, osteoartrit riskini azaldır.
Süd, zərdəçal kimi qidalarla istifadə edildiyi zaman maddələr mübadiləsinin fəaliyyətini yaxşılaşdırır və mövsüm dəyişikliklərinə qarşı immuniteti gücləndirir. Xəstəliklərə qarşı qoruyur.
İnək südü, qan təzyiqini qorumağa kömək edən potassium cəhətdən zəngindir. Artan potassium və sodium bir arada yaranan xəstəliklər riskini azaldır.
D vitamini əlavəsi olan süd depressiyaya qarşı qoruyur. D vitamin xoşbəxtlik hormone olan serotonin maddəsinin istehsalında əhəmiyyətli rol oynayır. Mütəmadi olaraq süddən istifadə etmək yorğunluğa və zəifliyə qarşı faydalıdır.
Bir banana soyub kəsdikdən sonra, bir stəkan yarım laktozsuz süd ilə birlikdə blenderdən keçirin. Içərisinə bir xörək qaşığı qatıq, bir xörək qaşığı kətan toxumu, bir az toz zəncəfil və darçın əlavə etdikdən sonra blenderdən keçirib içə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1