Язык:
Русский
Reflüks xərçəng yarada bilər
09 января 2018 21414Bariatrik cərrah, ali dərəcəli həkim Aslan Abdulla hekimtap-a reflüks, onun fəsadları və profilaktikası haqqında danışıb:
– Reflüks – geriyə atış deməkdir. Yəni hər hansı bir möhtəviyyatın geriyə atılması. Mədə-bağırsaqdan danışırıqsa, burada reflüks mədə möhtəviyyatının, buna reflükant da deyirlər, geriyə doğru – qida borusuna atışı deməkdir. Bu qastroezofagial reflüksdü. Ən çox rast gəlindiyindən reflüks xəstəliyi dedikdə, qastroezofagial reflüks başa düşülür. Əslində, müxtəif növ reflükslər mövcuddur. Lakin onlar o qədər də geniş yayılmadığı üçün haqqında az danışılır. Ona görə də reflüks deyiləndə qastroezofagial reflüks nəzərdə tutulur. Bu vaxt reflükant yəni aqressiv mədə möhtəviyyatı özünü ondan qoruya bilməyən qida borusuna geri atılır. Bu atışlar əslində normada da var – gəyiririk və ya ağzımıza acı dad gəlir. Lakin atışların sayı çox olanda bu patologiya sayılır. Atışların sayı artan, reflükantın miqdarı çox olan pasiyentlər bizə müraciət edirlər.
– Çox ciddi diaqnozdur. 1998-ci ildə cərrahların qurultayında bu nazalogiya kimi qəbul edildi və xəstəliklərin beynəlxalq təsnifatında öz yerini aldı. Əvvəllər buna bir simptom kimi baxırdılar, indi isə xəstəlik kimi yanaşırlar.
Hələ 50-ci illərdə qida borusunun aşağı üçdə bir hissəsində adinokarsinomanın əsl səbəbinin reflüks olduğu - uzun müddətli reflüks olduğu deyilmişdi.
– Yaxşı halda ezofagitlər, qida borusunun aşağı üçdə birində iltihabi xəstəliklər yaradır. Reflüks uzun müddət davam edərsə, qida borusunun aşağı üçdə bir hissəsi artıq uyğunlaşmağa çalışır, hüceyrə dəyişməyə başlayır. Buna metaplaziya deyirik. Metaplaziya başladıqda bu barret qida borusu anlamına gəlir. Onun da xüsusi dərəcələri var. Bir müddətdən sonra displaziya yaranır - artıq mutasiya dəyişiklikləri əmələ gəlməyə başlayır, bundan sonra isə adinokarsinoma, yəni şiş xəstəlikləri yarana bilər.
– Əslində, dörd müayinə metodu mövcuddur. Ölkəmizdə, əsasən, onların ikisindən istifadə olunur. Onlardan biri endoskopik ezofaqoskopiyadır – biz burada bilavasitə reflüksə baxırıq, digər metod rentgen diaqnostikasıdır. Rentgendə xüsusi kontrast maddə verməklə pasiyentdə olan reflüksün vəziyyətini dəqiqləşdiririk. Başqa yeni diaqnostika texnologiyaları da var ki, onlar da tədricən tətbiq edilməyə başlayacaqdır.
– Cərrahi əməliyyatlara xüsusi göstrərişlər var. Məsələn, patoloji reflüksün olması, diafraqma yırtığı, reflüks ezofagiti – qida borusunun iltihabı, barret qida borusu – xərçəngönü xəstəlik, əvvəllər aparılmış müalicənin effektsiz olması və s.
– Bu bir az mübahisəli məsələdir. Əvvəlcə bilmək lazımdır reflüks nəyə görə baş verir. Fizioloji reflüks nədir, patoloji reflüks nədir? Pasiyentdə fizioloji deyil, patoloji reflüks yaranarsa, bunun əsas səbəbini bilmək lazımdır. Diafraqma yırtığı deyilən bir yırtıq var. Qida borusu mədəyə müəyyən bucaq altında açılır, o bucaq yırtığın hesabına açılmış olur, ona “His bucağı” deyirlər. Bunun hesabına qida borusunun mədəyə keçidindəki klapan mexanizmi pozulur. Onu da hər hansı bir dərmanla bərpa etmək mümkün deyil. Ona görə də əvvəlcə reflüksün patoloji və ya fizioloji olduğunu müəyyənləşdirmək lazımdır. Patoloji reflüksdə heç bir müalicə effekt verməyəcək. Ola bilsin ki, müəyyən bir effekt versin, lakin bu müvəqqəti bir hal olacaqdır. Müəyyən dərmanlar var ki, onların hesabına turşuluğu azaldaraq ağrıları azaltmaq olur. Bir də görürsən, pasiyent deyir ki, dərman atan günün səhəri yenidən yanğı hissiyatı baş qaldırıb. Niyə? Çünki klapan mexanizmi pozulub. Ora açıqdır. Reflükantın bir yerdən başqa yerə keçməsinin qarşısı alınmır. Ona görə də patoloji reflükslər birmənalı olaraq əməliyyat edilməlidir.
– Fzioloji reflüks insanı incitmir, heç bir şikayət yaratmır. Patoloji reflüks həyat tərzini pozur. Reflüksü hiss etmiriksə o, orada var və fiziolojidir. Reflüksü hiss ediriksə, göynəmə hissi, ağrı, ürəkbulanma yaranırsa, bu, patoloji reflüksdür.
– Elə vəziyyətlər var ki, bu bizdən asılı deyil – məsələn, hamiləlik. Bu zaman qadınlarda qarın təzyiqi artır və bu, diafraqma yırtığına kimi gətirib çıxara bilər, bunun qarşısını profilaktika ilə almaq mümkün deyil.
Lakin bəzi profilaktik metodlar keçərli ola bilər. Məsələn, qıcqırma yaradan bəzi qida məhsullarından uzaq durmaq lazımdır, artıq çəkidən azad olmaq vacibdir. Çünki piylənmə zamanı qarındaxili təzyiq artır və reflüks əmələ gələ bilər. Uzunmüddətli ağır işlər görmək tövsiyə olunmur.
Siqaret çəkən insanlarda olan xroniki öskürək problemlər yarada bilər, deməli siqareti tərgitmək lazımdır.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1