Язык:
Русский
Qulaq qaşıntıları nədən yaranır – Müalicəsi
27 августа 2018 12950Kiçik olsalar da qularla çox sayda sinir ucuna malikdir. Bunlar da zədələnəndə qaşınlamağa, narahat etməyə başlayır. Bunun bir çox səbəbləri ola bilər. Uyğun müalicə üçün düzgün diaqnoz qoyulmalıdır.
İlk olaraq səbəbini müəyyənləşdirmək lazımdır.
Əvvəlcə qulaq qaşıntısı, qulaq kanalınızın dərinliklərindənmi, yoxsa qığırdaq və ya xaric qismindənmi gəlir bu aşkar edilməlidir. İç qaşıntı soyuqlamağın erkən əlaməti ola bilər. Xarici qaşıntı isə ətraf faktorlar səbəbilə yaranan allerjik reaksiyalar səbəbindən yarana bilər.
Qulağınızı deşdirmisinizsə və qaşıntı bu səbəbdən yaranarsa, bu infeksiya xarakterli ola bilər. Bunun qarşısını almaq üçün antibiotik tərkibli kremlərdən istifadə edilə bilər.
Quru dəri də qulaq qaşıntısı yarada bilər. Dəriniz qurudursa və kifayət qədər nəmləndirilmirsə bu qaşıntının əsas səbəbləri sırasında yer ala bilər.
Qaşıntılı qulaqlar bəzən qulaq infeksiyasının əlamətləri ola bilər. Bakteriyalar, viruslar, soyuqdəymə kimi xəstəliklər qulaq qaşıntısı problemlərini meydana gətirə bilər. Buna səbəb isə bəzən hovuza, dənizdə daxil olduqdan sonra infeksiya yarana bilər.
Ekzema və ya sədəf kimi xəstəlikləriniz varsa, qaşıntılı qulaq kanallarına sahib ola biləriniz. Bu kimi problemlər adətən qulaq damcılarıyla müalicə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1