Язык:
Русский
Qripdən bu üsulla qorunun
22 сентября 2018 6355Qrip və digər xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək əsas şərtlərdən biridir. Bunun çarəsi isə düzgün qidalanmaqdır. Xüsusilə də bəzi qidalar var ki, onlar vücud gücünü artırır, qripə qarşı mübarizə aparmağa kömək edir.
Həmçinin A, E vitamini, dəmir, sink, omega 3 kimi yağ asitləri və minerallar immunitet sisteminin güclənməsinə effektli təsir göstərir.
Sarımsaq, vücuda daxil olan mikroblarla mübarizə aparır. İmmunitet sistemini gücləndirir. Soyuqlama, qripə qarşı effektlidir. Yüngül qrip başlamaq istəyərsə və əgər mədənizlə bağlı probleminiz yoxdursa bu zaman gecə yatmamışdan öncə doğranmış bir diş sarımsağı limon suyu ilə udaraq qripdən qoruna bilərsiniz.
Xüsusilə nar bu fəsildə sizi xəstəliklərdən qorumağa kömək edəcək. Xüsusilə nar suyunu sıxıb içmək əvəzinə böyük bir narın yarısını yemək daha çox faydalıdır.
Antibiotik qəbul etmək əvəzinə çoxlu qatıq, kefir yeməyiniz tövsiyə edilir. Qatıq, tərkibinə görə vücudun immunitet sistemini qoruyur. Viruslara qarşı müdafiə mexanizmidir.
İspanaq sizi qoruyan qidalar içərisində yer alır. Tərkibi C və E vitaminləri ilə zəngindir. İnfeksiyaların qarşısını alır. Tərkibindəki kalsium, maqnezium, dəmir sümüklərin güclənməsində effektlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1