Язык:
Русский
Osteopatiyanın faydaları
26 июля 2020 7471Yunanca “Osteon”(sümük), “pathos” (ağrı çəkmək) sözlərindən ibarət olan osteopatiyanın qarşılığı sümük ağrısı çəkmək mənasına gəlir. Bu, vücudda ortaya çıxan narahatçılıqlarda simptomu deyil, xəstəliyin səbəbini ortadan qaldırmaq məqsədilə tətbiq olunan müalicə üsuludur.
Osteopatiya oynaqlar, əzələlər, onurğanı əhatə edən əzələ və sümük quruluşunu müalicə edən dərmansız əl ilə tətbiq olunan müalicə üsuludur.
Osteopatiyanın istifadə edildiyi sahələr:
Onurğa və əzələ sisteminin hərəkət və funksiya pozğunluqları
Onurğa və sümük oynaq sisteminin akut və xronik ağrı sindromları
Onurğa disk sürüşmələri
Oynaq sərtliyi və degenerasiyası
Miqren
Duruş pozğunluqları
Qəzalardan sonra yaranan ağrı sindromları
Həzm sistemi, tənəffüs sisteminin funksional pozğunluqları
Hamilə qadınlarda ağrı sindromları
Bel, boyun, çiyin ağrıları və s.
Osteopati üsulu ilə problemin haradan qaynaqlandığı tapılır. Ağrıya səbəb ola biləcək problem daxili orqanlardan qaynaqlanırsa, həmin orqanlar, damarlar, sinirlərin müalicəsi osteopatiya üsulu ilə davam etdirilir.
Osteopatiyanın fərqli metodları vasitəsilə bir çox xəstəliyi müalicə etmək və irəliləyiş tapmaq mümkündür.
Müalicə müddəti xəstəyə, xəstəliyə və yaşa görə fərqlidir. Bəzi xəstələrdə problem bir seansa həll edilsə də bəzilərində bu müddət 2 ay və ya 1 il davam edə bilər. Gələn pasiyentin şikayətinin şiddəti və müddəti burada əsas rol oynayır.
Bununla yanaşı vücudun bu müalicəyə reaksiyası da mühümdür. Osteopatiya müalicəsində xüsusilə də bel və boyun ağrılarında ağrıkəsicilər tövsiyə edilmir. Həmçinin yaxşılaşmanı sürətləndirmək üçün bəzi qida əlavələri məsləhət edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1