Язык:
Русский
Qocalmağı bu qidalarla gecikdirin
13 июля 2018 7555Stress, hava çirkliliyi, istifadə edilən məhsullar və s kimi amillər erkən qocalmağa səbəb olur. Qidalanma zamanı bəzi nüanslara diqqət yetirməklə qocalmağın zamanını gecikdirmək mümkündür.
Dərinin nəmliliyini tənzimləmək əsas qaydalardan biridir. Çünki vücudun yarıdan çoxu sudur. Su vasitəsilə qırışıqların qarşısını almaq mümkündür. Bunun üçün hər kilo başına 30 ml su içməlisiniz. Bu isə təxminən 50 kqlıq birinin təxminən gündə ən az 1500 ml su içməsi deməkdir.
E vitamin və C vitamin cəhətdən zəngin olan tumlar, hüceyrələrdəki zərərlərin azaldılması ilə yanaşı əzələ, əsəb toxumalarının daha sağlam qalmasına kömək edir. Bununla yanaşı badam və ispanaq kimi yeməklər də istifadə edə bilərsiniz.
Tərkibindəki flavoneller sayəsində hüceyrələri yeniləmə, qan dövranının artırma kimi xüsusiyyətləri olan kakao unutqanlığın da qarşısını alması ilə diqqət çəkir.
Qocalmağı gecikdirən təsirinə malik A vitamini və beta karoten tərkibli qidalar ilə dərinizi qoruya bilərsiniz. A vitamin əlavəsi üçün qaraciyər, yumurta kimi qidaları, beta karoten əlavəsi üçün isə kök kimi tərəvəzləri yeyə bilərsiniz.
Tərkibində yüksək miqdar C vitamini olan qırmızı bibərlə də qocalmaqdan özünüzü mühafizə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1