Язык:
Русский
Qaralmış diz və dirsəklərdən xilas olmağın təbii üsulları
11 мая 2018 14700Tünd rəng diz və dirsək problemi bir çox insanda mövcuddur. Günəşə uzunmüddət məruz qalma, ölü dəri hüceyrələrinin toplanması və s faktorlar rəng dəyişiminə səbəb olur.
Estetik cəhətdən də pis görüntüyə sahib olan bu ləkələrdən xilas olmaq istəyənlərə üsullar təqdim edir:
Tünd rəng diz və dirsəklərdən xilas olmağın ən təsirli yollarından biri xiyardır. Bunun üçün xiyarları dirsəklərinizin üzərində bir müddət saxlayın. Daha sonra soyuq su ilə durulayın. Digər bir üsul isə eyni miqdarda limon suyu və xiyar suyunu qarışdırıb diz və dirsəklərinizin üzərinə çəkin və bir az gözlətdikdən sonra durulayın.
Limon və qabartma tozu – mükəmməl ağardıcıdır. Bunun üçün yarım limon üzərinə bir çay qaşığı qabartma tozu tökün və 15 dəqiqə saxlayın. Bu müddət sonunda durulayın. Mütəmadi istifadə edildiyi təqdirdə effektini görəcəksiniz.
Dəri rəngini tənzimləyən və dərini nəmləndirici xüsusiyyəti olan aloya veranı süd ilə qarışdırın. Gecələr həmin nahiyəyə qoyun. Təsirini qısa müddətdə görəcəksiniz.
Dəri tonunu tənzimləməyə kömək edən və vitaminlərlə zəngin olan kartofu diz və dirsəklərdəki tünd rəngli ləkələr üçün istifadə edə bilərsiniz. Bunun üçün kartofu rəndədən keçirin, suyunu sıxın və həmin nahiyələrin üzərinə çəkin. 15 dəqiqə saxlayın. Daha sonra isə nəmləndirici krem çəkin. BU prosedur dərinizi yumşaldacaq.
Kokos yağı da təsirli üsullardan biridir. E vitamini ilə zəngindir. Həmin hissələrə çəkin və qısa müddətdə bu ləkələrdən xilas olun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1