Язык:
Русский
Qadınlarda mioma nədən yaranır?
09 апреля 2018 12785Mioma xəstəliyi uşaqlıq ətrafında görülür. Xoşxassəli şişlərdir. Qadınların 35-40 yaşları arasında 30-40 faiz müşahidə edilir. Müalicə olunmadığı təqdirdə böyüyərək qalın bağırsağa təzyiq edər. Memorial Dicle xəstəxanasının ginekoloqu Yunus Çavuş mioma yaranmasına təsir edən 10 səbəb haqqında məlumat verib.
– Heç doğuş etməmək;
– Menstruasiyanın erkən yaşlarda başlanması;
– Düzgün qidalanmamaq;
– Artıq çəki;
– Spirtli içkidən çox istifadə;
– Yüksək təzyiq;
– Genetik faktor;
– Hormonal pozuntular;
– Hədsiz stress.
35 yaşdan sonra mütəmadi olaraq müayinə gərəklidir.
Miomalar adətən hansısa əlamətlərlə özünü göstərmir.Müayinə zamanı təsadüfən təsbit edilir. Ancaq əksər zaman şiş böyüdüyü zaman qanaxmalarla, qarında şişlik formasında üzə çıxır. Şişdən tamamilə qurtulmaq üçün əməliyyat gərəklidir.
Dərmanlarla müalicə miomaların kiçilməsinə səbəb olsa da klimaks təsiri yarada bilər. Əməliyyat şişin formasına, növünə, sayına uyğun olaraq seçilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1