Язык:
Русский
Alimlərin yeni tədqiqatı göstərib ki, portağal şirəsi sınıq yaranması riskini praktik olaraq iki dəfə azaldır. Bu onunla izah olunur ki, adıçəkilən içki sümük sitemini möhkəmləndirir.
On min nəfərin iştirak etdiyi elmi sınaqlar zamanı məlum olub ki, portağal şirəsini müntəzəm olaraq daxilə qəbul edən insanlar sınıqlarla daha az üzləşirlər.
Ehtimal edilir ki, bu cür müsbət effekt portağal şirəsində C vitaminin çox olmasından irəli gəlir. Bu element stimullaşdırıcı xüsusiyyətə malikdir və xüsən də osteoblast adlanan cavan sümük hüceyrələrinin yaranmasını stimullaşdırır, onlar isə öz növbəsində yaşlı sümük toxumalarına transformasiya edir.
Bu kəşf ahıl yaşlı, osteoporoz və digər sümük toxumasının digər xəstəliklərindən əziyyət çəkən insanlar üçün xüsusən aktualdır. Onu da qeyd edək ki, C vitamini kivi, pomidor, çiyələk və brokkoli şirələrində də var, lakin bu içkilərdə onun konsentrasiyası dəfələrlə azdır.
Alimlər qeyd edirlər ki, portağal şirəsinin hər 50 millilitri (dörddə bir stəkan) sınıq ehtimalını 5% azaldır. Bu, o deməkdir ki, 1 stəkan şirə sınıq ehtimalını 20%, 2 stəkan isə 40% azaldır.
Alimlər onu da vurğulayırlar ki, böyük yaşlı insanlar üçün sutkalıq vitamin C norması 40 milliqramdan az olmalı deyil.
Mütəxəssislər tərəfindən yalnız ev şəraitində hazırlanmış şirəsinin qəbulu tövsiyə olunur. Onu da bilmək vacibdir ki, gündəlik vitamin C qəbulu qida qəbulu ilə müşayiət olunmalıdır. Belə ki, belə olan halda vitamin orqanizmdə daha qalıcı olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1