Язык:
Русский
Plastik butulkalar dəhşətli xəstəliklər yaradır
22 марта 2018 8328Plastik butulkalardan gündəlik olaraq əksər adam istifadə edir.
Mütəxəssislər isə plastik qabların ziyanlı olduğunu vurğulayırlar.
Plastik butulkaların zərərli olmasına səbəb tərkibindəki bisfenol A və ya qısaca BPA adlandırılan maddədir.
Bu maddənin zərərləri vücudda bir sıra xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Gida və Ehtiyac maddələrini araşdırma və Sertifikatlaşdırma Araşdırmaları Dərnəyinin rəhbəri Hüseyn Kami Büyüközer belə butulkaların xərçəng və sonsuzluq yarada biləcəyini bildirib.
Aparılan araşdırmalar nəticəsində plastik butulkaların böyümə pozuntularına, doğuş qüsurlarına, ürək, diabet xəstəliklərinə yol açdığı qeyd edilib.
Həmçinin məlumata görə, belə butulkaların içindəki sular xüsusilə uşaqlara mənfi təsir göstərir. Tərkibindəki zərərli toksinlər ürək, şəkər, xərçəng xəstəliklərinə səbəb olur.
BPA maddəsi vücudda hormonlara mənfi təsir göstərir. Belə ki, kişilik hormonlarını qadınlıq hormonuna çevirir. Bu səbəbdən kişilərdə ciddi sperma azalmasına gətirib çıxarır.
Bəzi insanlarda süd vəzi xərçəngi də yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1