Язык:
Русский
Peyvəndlər nə zaman vurulmalıdır? – Yarana bilən əks təsirlər...
12 марта 2020 12338Peyvənd - infeksion xəstəliklərdən qorunma və risk paylarını azaltmaq üçün istifadə edilən vacib vasitədir. Ölümlərin azaldılmasında da bu vasitə böyük əhəmiyyət kəsb edir. Peyvəndlər də dərmanlar kimi tibbi məhsul sayılır və digərləri kimi əks təsirləri ola bilər.
Türkiyənin Səhiyyə Nazirliyi, peyvəndlərin vurulmasından sonra görülən əks təsirlər barədə məlumat verib.
Bəs bunlar hansılardır?
İynənin yerində yaranan ağrı və qızarıqlıq ən çox müşahidə edilən vəziyyətlər sırasına daxildir.
Həmin əlamətlər adətən 24-48 saat ərzində yoxa çıxır. Yaranan şikayətləri azaltmaq üçün həmin nahiyəyə soyuq kompres tətbiq etmək mümkündür və ya ağrıkəsici olaraq parasitamol tərkibli dərmanlar tövsiyə edilir.
İynənin yerində yaranan şişlik isə əksər uşaqlarda müşahidə edilir və 2-5 aya qədər dəridə iz qoya bilər.
Qızdırma, baş, əzələ ağrısı, iştahsızlıq da peyvəndlərdən sonra görülə bilən əlamətlərdəndir. Adətən 48-72 saat ərzində öz-özlüyündən keçir.
Hepatit A peyvəndindən sonra isə insanların 5 faizində daha çox ishal, qusma müşahidə edilir. Bu şikayətlər adətən 48 saatdan sonra qısa müddətdə düzəlir.
Su çiçəyi, qızılca kimi xəstəliklər əleyhinə vurulan peyvənddən 7-10 gün sonra vücudda su çiçəyinə bənzər səpkilər yarana bilər ki bu da 2 gün davam edir.
Xüsusilə valideynləri narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18 ayında revaksinasiya olunur. Bəzi hallarda isə peyvənddən sonra uşaqlarda qızdırma halları baş verir.
Azərbaycan Respublikasının peyvənd təqvimi və vaksinlər barədə verdiyi məlumata əsasən peyvəndlərin uşaqlara vurulma yaşlarını qeyd edirik:
Doğuşdan sonra, həmçinin 3-7-ci gün, 2,3,4,6,12,18 aylığında və 6 yaşında peyvəndlərin vurulması tövsiyə edilir.
Qeyd edək ki, bu növ peyvəndlər, Hepatit B, vərəm, sarılıq, tetanus, göy öskürək, pnevmokok, qızılca, məxmərək, difteriya kimi infeksiyalar əleyhinə vurulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1