Язык:
Русский
Tezliklə tibb bazarına həkimlərin “gənclik eliksiri” adlandırdıqları yeni preparatın çıxacağı gözlənilir.
Verilən məlumata görə, bu maddə nəyinki qocalma prosesini yubadacaq, həmçinin, hüceyrələrin regenerasiyasına müsbət təsir göstərəcək.
Təcrübələrin praktik hissəsi siçanlar üzərində aparılıb. Vaksin daxil edildikdən sonra qeyd olunub ki, yaşlı gəmiricilər daha aktiv həyat tərzi keçirməyə başlayıb. Bundan başqa, onların tükləri yenilənib və görmə qabiliyyəti nisbətən yaxşılaşıb.
Laborator tədqiqatlardan sonra müəyyənləşdirilib ki, bu yeni maddə canlı orqanizmin qocalma prosesini provokasiya edən hüceyrələri məhv edir. Bunun nəticəsində gəmiricilərin ömrü 25% uzanıb.
Alimlərin sözlərinə görə, qocalma prosesi insan orqanizmindəki bölünməsi başa çatan hüceyrələrin sayəsində baş verir. Məhz bu hüceyrələr qonşu orqanların sıradan çıxmasına gətirib çıxaran zülal ifraz edir.
Bunun nəticəsi olaraq, daxili orqanlar sıradan çıxmağa başlayır. Alimlər hesab edirlər ki, qocalma prosesini həblər vasitəsilə də saxlamaq olar. Lakin hazırda medikamentoz preparatların ahıl yaşda yaranan xəstəliklərə necə təsir göstərəcəyi hələ ki, məlum deyil.
Elmi qrup rəhbərinin fikrincə, elə bir maddə yaratmaq lazımdır ki, o, qocalmanı provokasiya edən hüceyrələri məhv etməklə yanaşı, onları yeniləri ilə əvəzləsin.
İstənilən halda, bu sahədə tədqiqatlar davam etdirilir – alimlər yeni maddənin əks göstərişlərini müəyyənləşdirməli və onun yaşlılıqla bağlı xəstəliklər zamanı nə dərəcədə effektli olduğu araşdırılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1