Язык:
Русский
Kimlər böyrək çatışmazlığı üçün risk faktorudur?
09 марта 2018 11851Xronik böyrək xəstələrinin təxminən 40 faizini şəkər xəstələri, 30 faizini isə yüksək təzyiq xəstələri təşkil edir. Böyrək çatışmazlığı hər yaşda həm qadında, həm də kişidə yarana bilər. 40 yaşından sonra isə daha çox rastlanılır. Son zamanlar bu xəstəliyə tutulanların sayı daha çoxdur. İlkin zamanlarda diaqnoz çətin qoyulur. Böyrək çatışmazlığı xəstələrdə iştahsızlıq, bulantı, qusma, qaşıntı, halsızlıq kimi mənfi hallar yarada bilər.
- Şəkər xəstəliyi
- Yüksək təzyiq
- Piylənmə
- Genetik böyrək xəstəlikləri
Mütəmadi müayinələr xəstəliyin diaqnozu baxımından vacibdir.
Xronik böyrək xəstəliyi daha asan və ucuz qan testləri ilə aşkar edilə bilər. Bəzi müalicə vasitələri ilə qarşısını almaq mümkündür.
- İdmanla məğul olunmalı
- Duzu azaltmalı
- Gündə 2 litr su içməli
- Siqaretdən imtina edilməli
- Spirtli içkiləri tərgitməli
- Gərəksiz yerə antibiotikdən qaçınmalı
- Qan şəkəri yoxlanılmalı
- Maqnezium tərkibli qidalar yeməli
- Kələm, qırmızı bibər, sarımsaq, alma, gilas, üzüm , yumurta, balıq, zeytun yağı yemək sağlam orqan üçün vacibdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1