Язык:
Русский
Alında yaranan şişlər zamanı nə etməli? – Reseptlər
10 марта 2018 15509Bəzən alınlarda şişlər yaranır. Keçməyən şişliklər üçün isə həkim müayinəsi tövsiyə edilir.
Kiçik travmalar nəticəsində alında sızanaq boyda şişliklər meydana gəlir. Bunun xaricində yaranan şişliklərin səbəbi allergiya ola bilər.
Soyuq kompres – Yaranan şişliklərin üzərinə kompres tətbiq edin. Bu, iltihablanmanı, şişməyi azaltmağa kömək edəcək.
Bunun üçün:
– Bir neçə buzu dəsmala bükün. Təxminə 1 dəqiqə ərzində şişmiş olan bölgədə gözlədin. Bunu gündə bir neçə dəfə edin. Qeyd edək ki, buzu dərinizə tətbiq etməyin.
– Buxar – Şişliklərdən xilas olmağın təsirli yoludur. Buxarın tətbiq edilməsi sızanaqların açılmasını təmin edə bilər və həmçinin dərinizin nəfəs almasını asanlaşdıra bilərsiniz. Bunun üçün orta boyda bir qabın içərisinə isti su doldurun. Başınızı örtmək üçün bir dəsmaldan istifadə edə bilərsiniz. Alnınızı suyun üzərinə doğru gətirin. Alnınızı buxara yaxınlaşdırıb sonra uzaqlaşdırın. Dərinizi çox yaxın tutmayın ki zədələnməsin. Təxminən 10-15 dəqiqəyə qədər bunu edin. Su buxarı həmçinin sızanaqlar üçün də faydalıdır.
– Yumurta ağı – yağlı dəri, alnınızda yaranan şişliklər üçün zəmin hazırlayır. Bunun qarşısını almaq üçün yumurta ağından üz maskası edə bilərsiniz. Tərkibində bol miqdarda A vitamini mövcuddur. Bunun üçün 1 yumurta ağını bir kasada çırpın. Üzərinə yarım limon suyu əlavə edin və təkrar qarışdırın. Daha sonra şişliklərin üzərinə tətbiq edin. Qurumasına icazə verin. Daha sonra üzünüzdən soyun. Üzünüzü ilıq su ilə təmizləyin. Bu maskanı həftədə bir və ya iki dəfə tətbiq edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1