Язык:
Русский
Orijinal maskanı saxtasından necə ayırmalı?
15 апреля 2020 9867Tibbi maskalardan, qrip və soyuqdəymə kimi xəstəliklərdən qorunmaq üçün istifadə edilir.
Son zamanlar meydana çıxan koronavirusdan qorunmaq üçün maskadan istifadə etmək tövsiyə edilib. Ancaq bu işi biznesə çevirənlər də az deyil. Belə ki, orijinallarla yanaşı saxta maskalar da satışa buraxılıb.
Bəs oijinalla saxta maskanı necə ayırd etmək olar?
Əgər istifadə etdiyiniz maska saxtadırsa bu, daha böyük problemlərə yol aça bilər. Çünki belə maskaların istehsalında istifadə edilən parçalar keyfiyyətsizdir. Bu da, virusdan qorumaq əvəzinə daha da virusun daha çox tənəffüs sisteminə daxil olmasına yol açar.
Maskadan düzgün şəkildə necə istifadə edilir?
Maskanı ağzınızı və burnunuzu tamamilə bağlayacaq şəkildə taxmalısınız.Maska üzünüzdə boşluq buraxmayacaq şəkildə taxılmalıdır.
Gün ərzində maskanı taxdığınız andan etibarən əllərinizlə maskaya toxunmamağa diqqət göstərməlisiniz. Əgər təmas etmisinizsə əllərinizi təmiz şəkildə yuyun. Yanınızda su yoxdursa antibakterial salfet, gel ilə əllərinizi təmizləyin.
Bəs saxta maska ilə orijinal maskanı necə ayırd etmək olar?
Gerçək maskaların quruluşu yumşaq və genişdir. Saxta maskalar isə daha sərt məhsuldan hazırlanır. Həqiqi maska ilə rahat nəfəs ala bilərsiniz. Saxta maskalar isə nəfəs almağınızda çətinlik yaradar.
Saxta maskada tüklənmə görülür. Tibbi maskaları bildiyiniz məlum yerlərdən alın. Ən vacibi və məsləhət olanı isə aptekdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1