Язык:
Русский
Musiqinin faydaları
02 января 2019 10284Alimlər inamla iddia ediblər ki, müxtəlif janrda musiqiləri dinləməklə insanı xərçəng kimi ölümcül xəstəlikdən müalicə etmək mümkündür.
Bu istiqamətdə təcrübələr on illərdir ki aparılır və nəhayət ilk dəfə musiqinin insan orqanizminə təsir etmək iqtidarında olduğu təsdiq edilib.
Tədqiqata üç mindən çox könüllü cəlb edilib. Təcrübənin mahiyyəti ondan ibarət olub ki, müəyyən zaman kəsiyində könüllülər müxtəlif janrda müsiqiləri dinləyiblər. Təcrübə iştirakçılarının çoxu qeyd edib ki, bu seansdan sonra özlərini əvvəlkindən qat-qat yaxşı hiss ediblər.
Eyni zamanda, alimlər orqanizmin ümumi fəaliyyətini, xüsusilə, tənəffüs və ürək-damar sisteminin işini müşahidə ediblər. Qeyd olunmuşdur ki, respondentlərin arterial təzyiqi düşüb, tənəffüsü isə daha sakit və rəvan olub. Respondentlər aşağıdakı musiqi janrlarını dinləyərkən vəziyyətlərində yaxşılaşma müşahidə edilib:
milli musiqi, caz, klassik musiqi, kantri və s.
Alimlər onu da qeyd ediblər ki, müntəzəm musiqi dinləmək anestetik və analgetikə olan ehtiyacı azaldır bu isə öz növbəsində reabelitasiya dövründə öz müsbət təsirini göstərir.
Müəyyən janrda musiqiləri dinləyərkən ağrı sindromu da azalır və onun qarşısını müxtəlif sintetik farmasevtik vasitələrlə almağa ehtiyac qalmır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1