Язык:
Русский
Masa arxasında çalışanlar üçün idman hərəkətləri
21 мая 2018 7583Uzunmüddət oturmaq bel, boyun ağrıları və daha bir çox sağlamlıq probleminə səbəbiyyət verə bilər. Bunun qarşısını almaq üçün iş tempinizdə masa arxasında edə biləcəyiniz idman hərəkətlər mövcuddur.
Önə əyilmə – Bu idman hərəkəti diz və bud hissədəki gərginliyi azaldır. Stolunuzun önündə ayağa qalxın və üst vücudunuzu ayaqlarınız düz duracaq əkildə ayaqlarınıza doğru bükün. Əgər çətinlik çəksəniz yüngül formada dizlərinizi bükə bilərsiniz.
Daha bir hərəkət isə boyun vasitəsilə edilir. Sol əliniz arxanızda, sağ qolunuzu sol qulağınızı bağlayacaq şəkildə başınızın üzərinə qoyun. Əlinizdən istifadə edərək başınızı sağ çiyninizə doğru yavaş formada uzadın. Bu vəziyyətdə bir az qalın digər tərəfə doğru təkrarlayın.
Stulunuzun uc hissəsində oturun. Qollarınızı arxaya doğru dartıb əllərinizi birləşdirin. Ağciyərlərinizi açmaq üçün qollarınızı yuxarı və vücudunuzdan uzağa doğru dartın. Bu vəziyyətdə bir az durduqdan sonra rahatlayın və istədiyiniz qədər təkrarlayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1