Язык:
Русский
Mədə yırtığı nədir?
06 июня 2020 14414Mədədə yanma, ağrı, ağıza acı-turş suyun gəlməsi, səs kəsintisi ilə özünü göstərən mədə yırtığı çox yayılan problemlərdən biridir. Doğru müalicə sistemini planlaşdırmaqla və yaşayış tərzinə nəzarət etməklə bu halı nəzarət altına ala bilərsiniz. Xəstəliyin daha çox problemlərə yol açmaması üçün qoyulan erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Türkiyənin ümumi cərrahı Ercan Gedik, mədə yırtığı haqqında məlumat verib.
Mədə yırtığı, orqanın üst tərəfindəki əzələlərin genişlənməsi nəticəsində ortaya çıxır.
Daha çox 50 yaşdan yuxarı insanlarda görülür. Bəzən heç bir əlaməti olmur, bəzən isə reflyuks şikayətləri ilə üzə çıxır.
Mədə yırtığı ağır yük qaldırma, şiddətli öskürək kimi səbəblərlə qarın içi təzyiqinin yüksəlməsi ilə meydana çıxır.
Mədə yırtığı daha çox mədədən yuxarı, sinəyə doğru yayılan yanma və mədədə qıcqırma hissi, boğaz infeksiyaları, səs tellərində polip, ağızdan acı suyun gəlməsi, boğaz ağrıları, öskürək, astma şəklində özünü biruzə verir.
Dərman müalicəsi ilə xəstəlik tamamilə yaxşılaşmaz. Bununla yanaşı xəstələrə bir sıra qidalanma tövsiyələri verilə bilər. Mədə yırtığı olan xəstələrin şokolad, kərə yağı, qəhvə ilə çox asidli qidalardan uzaq durması, siqaretdən istifadə etməməsi məsləhətdir.
Müasir zamanda əməliyyat üsulu ilə xəstələrin yaxşılaşması təmin edilir. Endoskopi və qan analizləri nəticəsində diaqnozu qoyulan, müalicədən əldə edilə bilməyən ya da əzələlərdə yırtılma olan xəstələrə əməliyyat tövsiyə edilə bilər. Əksər şikayətlər əməliyyatdan sonra aradan qalxır.
Adətən qapalı yolla əməliyyat edilir. Mədə yırtığı əməliyyatından sonra xəstə eyni gün xəstəxanadan çıxarıla bilər. Əməliyyat nahiyəsi ilə əlaqədar olaraq duruş pozuntusunun yaranması mümkündür. Bir neçə gün çiyin ağrıları müşahidə edilə bilər. Bir həftə istirahətdən sonra işərinə davam edə bilərlər. Əgər həkimin tövsiyələri yerinə yetirilməsə mədə yırtığının təkrarlanma ehtimalı mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1