Язык:
Русский
Ballı armudun faydaları nədir?
17 марта 2018 11841Həzmi asanlaşdırır – Hər gün yeyəcəyiniz ballı armud həzm prosesinizə kömək edir. Armud tərkibindəki yüksək lif səbəbindən bağırsaq hərəkətlərinizi tənzimləyir.
Arıqlamağa kömək edir – Bal və armud tərkibindəki müxtəlif antioksidanlar, mineral və vitaminlər ilə artıq çəki itirməyinizə yardım edir.
Qəbizlik kimi bağırsaq problemlərini müalicə edən ballı armud orqanizm üçün olduqca faydalıdır.
Müxtəlif boğaz ağrıları və nəfəs darlığına müsbət təsir göstərən armud, mikroblardan təmizlənmiş boğaza və təmizlənmiş bir ciyərə sahib olmağınız üçün sizə kömək edir.
Vücudumuzda olduqca böyük təhlükə və xəstəliklərə yol aça biləcək qan laxtalanmasını da tənzimləyir. Təbii qan sulandırıcı olan armud bal ilə birləşdiyi zaman qanınızdakı qırmızı qan hüceyrələrini artıraraq damarlarınızdaki oksigen səviyyəsini də yüksəldir.
Ballı armud ürək döyüntülərinizi də tənzimləyir. Ürək problemlərinə müsbət təsir göstərdiyi üçün ən çox idmançıların yeməyi tövsiyə edilir.
Armudun tərkibində bolca olan C vitamini qrip infeksiyalarından sizi uzaq tutaraq xəstəliklərə qarşı da maddələr mübadilənizi qoruyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1