Язык:
Русский
Ləpələr xroniki xəstəliklərdən qoruyur
03 апреля 2018 8082Qoz, badam, fındıq, fısdıq, tum… Hər biri doymamış yağ asidləri, protein, vitamin və minerallarla zəngindir. Bu isə xəstəliklərlə mübarizə zamanı kömək edir.
Bu növ qidalar illərlə tərkibindəki yağ səbəbindən düzgün olmayan qida olaraq bilinib. Ancaq son illərdə aparılan araşdırmalar bunun tam əksini sübut edib. Tükiyənin Yeni Yüz il universiteti, Özəl Gaziosmanpaşa xəstəxanasının dietoloqu Nilay Şabanoğlu Cansever, ləpələrin faydalarından danışıb. Onun sözlərinə görə bunların hamısı yüksək kaloriyə malikdir.
E vitamin ilə zəngindir.
Quru meyvələr B vitamin qrupu, niasin, folik asid, həmçinin E vitamini ilə zəngindir. Təxminən 100 qramları 600 kalori təşkil edir.
Bir qadın gündəlik 1600-1800, kişi isə gündəlik 2000-2200 kalori qəbul etməlidir. Bu baxımdan 600 kalori insanlar üçün ciddiyə alınacaq miqdardır.
Kaloriləri hər zaman almaq daha asan, vermək isə çox çətin olur. Bu səbəbdən sağlamlıq üçün qovrulmamış yəni çiy olaraq yeyilməlidir.
Protein cəhətdən də zəngin olduqları üçün arıqlamaq istəyənlər də belə qidalardan qəbul edə bilərlər. Pəhriz zamanı ara yemək kimi bir ovuc qədər və ya 20-25 ədəd badam, 20-25 ədəd fındıq və ya 5-6 ədəd qoz yeyə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1