Язык:
Русский
Kişilərdə sinə nə üçün böyüyür – Ginekomastiya nədir?
06 марта 2018 13924Bəzi kişilərdə sinə, get-gedə böyüyür. Hətta artıq çəki alan zaman bu özünü daha çox biruzə verir.
Kişilərdə sinə böyüməsi adlandırılan ginekomastiyanın bir çox səbəbi var. Bu barədə türkiyəli estetik mütəxəssisi Alper Tuncel məlumat verib. O, ginekomastiyanın səbəbləri və müalicəsi barədə açıqlamalar edib.
Tuncel əsas səbəblərinin kişilərin artıq çəki almaları, vücud inkişaf etdirən dərmanlardan uzunmüddətli istifadə etmələri ilə bağlı olduğunu qeyd edib: “Bu cür yağlanmalar kişilərin 100-də 40-da müşahidə edilir. Bundan əlavə olaraq digər xəstəliklər səbəbi ilə də sinə böyüyə bilər. Tiroid, xroniki qaraciyər xəstəlikləri, antidepressant dərmanlar, bəzi mədə üçün olan preparatlar, ürək ritminin bərpası üçün istifadə edilən dərmanlar bu qəbilədəndir”.
Yaşlılarda bu risk payı daha yüksəkdir. Dərmanlardan nə qədər istifadə etdikləri çox önəm daşıyır. Belə ki miqdar çox, müddət uzun olduğunda demək olar ki, bu vəziyyətdən qaçmaq şansı azlıq təşkil edir.
Hətta bu, yeniyetməlik çağından sonra da meydana çıxa bilər.
Həkim, gələn xəstələrin əksəriyyətində ginekomastiyanın səbəbinin məhz hormon dəyişiklikləri olduğunu deyib.
Çünki hormon dərmanları, endokrin şişlər inkişaf pozuntularına yol aça bilər. Bu səbəbdən yeniyetməlik çağından sonra da bu xəstəliyin görülməsi mümkündür.
“Böyümə tək və ya cüt tərəfli ola bilər. Tək tərəfli olanlar daha ətraflı analiz edilməlidir. Çünki belə xəstələrdə az da olsa bədxassəli şişlərin aşkar edilməsi mümkündür” - deyə Tuncel vurğulayıb.
Məmə böyüməsinin lazer və məmə bezi çıxarılma texnikologiyaları vasitəsilə müalicə edildiyini bildirən həkim, müalicənin hansı istiqamətdə aparılmasının müayinədən sonra bəlli olduğunu söyləyib.
Qeyd edək ki, aparılan prosedurdan sonra 1-3-6 ay və illik həkim yanında yenidən müayinə gərəklidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1