Язык:
Русский
Koronavirus, qrip ya allergiya... – Necə ayırd etməli?
12 апреля 2020 7883Koronavirus adlandırılan xəstəlik sürətlə artmağa davam edir. Xəstəliyin simptomları təəssüf ki, qrip və allerjik problemlərlə eynidir desək yanılmarıq.
Bir çox ölkələrdə insanlar artıq bu xəstəliyi evində keçirməyə çalışır. Əksər xəstəxanalarda xəstəliyin əlaməti olmadan test edilmədiyi üçün insanlar narahat olmağa başlayır.
Dünya Səhiyyə Təşkilatı, bir çox Covid-19 xəstəliyinə tutulmuş insanlarda ortaq xəstəlik əlamətlərini təqdim ediblər:
Düşməyən yüksək qızdırma
Mütəmadi davam edən quru öskürək
Fiziki yorğunluq
Bu üç əlamətin xaricində qarın ağrısı, baş ağrısı, ishal, burun axıntısı kimi əlamətlər müşahidə edilə bilər. Aparılan son araşdırmalara görə, bəzi xəstələrdə heç bir əlamət olmadan Covid-19 testi müsbət çıxa bilər.
Qrip isə xüsusilə qış aylarında daha çox müşahidə edilir. İnsanlar soyuqdəyməni qrip ilə daha çox qarışdırırlar. Qrip olan şəxsin ilk 3 gün ərzində qolunu tərpədəcək taqəti belə olmaz.
Boğaz ağrısı, nəfəs darlığı, qızdırma qripin də əlamətləri sırasında yer alır.
Qrip zamanı şəxs özünü çox yorğun hiss edər və oynaq ağrılarından əziyyət çəkər.
Bəs allergiya?
Bahar aylarında çox insanda allergiya olar. Xüsusilə tənəffüs yolunda ortaya çıxan bir narahatçılıq və mütəmadi asqırmaq halları müşahidə edilir.
Allejik tutmaların əsas göstəriciləri:
Asqırmaq
Burun axıntısı
Gözlərdə sulanma və ya qaşınma
Gözdə və burun ətrafında qızarıqlıq.
Bəs Covid-19 yoxsa qrip ya allerjik?
Bu əlamətləri bir-birindən ayırmağın ən doğru yolu hansı müddətlə və nə qədər davam etməsidir. Qrip adətən bir həftə əlamətlərini göstərir. Allergiya isə həkimin yazdığı dərmanlardan sonra azalmağa başlayır.
Covid-19-un ən əsas xüsusiyyəti isə yüksək qızdırmanın olmasıdır. Koronavirusu təsdiq edən analizdir. Yenə də bu əlamətləri hiss etsəniz özünüzü qorumalı insanlarla əlaqəni kəsməlisiniz. İmmunitetinizi qorumalısınız. Çünki hansısa xəstəlik immuniteti aşağı insanlarda daha ağır formada keçir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1