Язык:
Русский
Günə bir-iki qaşıq balla başlayın
02 апреля 2018 8434İnsan vücudu mövsüm dəyişikliklərindən hər zaman təsirlənib. Bu zaman isə xəstəliyə tutulmaq halları çoxalır. Qan dövranı və hormonlar sürətlənir, həssaslıq səviyyəsi də eyni paralelliklə artar.
Müşahidə edilən xəstəliklərin sırasında bahar yorğunluğu, halsızlıq, bahar allergiyası gəlir.
Bal ilə edəcəyiniz başlanğıclarla günə daha enerjili başlaya bilərsiniz.
Günə 1 ya da 2 qaşıq orginal balla başlayın.
Balın tərkibinin arıdan asılı olduğunu bildirən mütəxəssislər balın keyfiyyətindən danışıblar.
Balda B1, B2, B3, B4, B5, B6 və C vitaminləri mövcuddur. Həmçinin kalsium, fosfor, maqnezium, sodium kimi minerallar da balın içərisində yer alır.
Balın vücud üzərində çox ciddi müsbət effekti mövcuddur.
Mədə, ürək, sinir, təzyiq, ağciyər olmaqla bir çox problemə müsbət təsir göstərir.
Hər gün yeyilən baldan sonra bir stəkan su içmək tövsiyə edilir. Bu günə daha enerjili başlamağa təkan verəcək.
Bal həmçinin yorğunluğun, yuxululuq halının da keçməsinə də yardım edəcək.
Mütəxəssislər antioksidan xüsusiyyəti ilə qara və bitki çaylarında istifadənin sağlam yaşayış tərzi üçün mühüm olduğunu bildiriblər.
Bir stəkan suya, bir şirniyyat qaşığı gerçək bal, limon və zəncəfil əlavə etmək öskürəyə müsbət təsir göstərir.
Yağları əridir.
Bir stəkan suya nanə və bir şirniyyat qaşığı gerçək balı əlavə etmək enerji qazanmağınıza kömək edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1