Язык:
Русский
Koronavirus ölümcüldür? – Statistik araşdırmaların nəticələri
21 марта 2020 9213İlk dəfə Çində meydana çıxan və tez zamanda bütün dünya ölkələrinə yayılan Covid-19 adlı koronavirus xəstəliyinə yoluxanların sayı 100 mini aşıb.
Xəstəliyin sürətlə yayılması bir çox ölkədə dezinfeksiyaedici tibbi məhsulların və tibbi maskaların sayında problem yaradıb. Çindən sonra xəstəlik İran və İtaliyada daha kəskin formada özünü göstərir. Statistik nəticələr göstərir ki, Çində xəstəliyin yayılma tempi azalıb və xəstəlik nəzarət altına alına bilib.
Bəs bu virus hansı əlamətlərlə başlayır?
Virusa yoluxan xəstələrin verdiyi açıqlamaları təqdim edirik:
İlk olaraq yüksək qızdırma başlayır. Ardından quru öskürək şikayətləri meydana çıxır. Bir həftənin sonunda isə nəfəs darlığı yaranır.
Koronovirus, orta dərəcə ilə başlayıb, ölümcül simptomlara yol aça bilən xəstəlikdir.Bu növ xəbərlər çox yayılsa da bu xəstəliyə yoluxub asan keçirənlərlə bağlı dəqiq faktlar hələ açıqlanmayıb.
Bəs xəstəlikdən necə qoruna bilərik?
Bu barədə Dünya Səhiyyə Təşkilatının yaydığı məlumatı təqdim edirik:
Əllərinizi yuyun – sabun və əl təmizləyən gellər virusu öldürür.
Öskürən və asqıran zaman burnunuzu və ağzınızı salfetlə bağlayın.
Əllərinizi kirli formada üzünüz, burnunuz, ağzınıza toxundurmayın.
Xəstə insanlardan uzaq durun.
Bəs xəstəlik nə qədər ölümcüldür?
Dünya Səhiyyə Təşkilatının 44 min xəstə üzərində apardığı araşdırma nəticələrinə görə insanların:
81 faizi asan keçirir.
14 faizində ciddi əlamətlər müşahidə edilir.
5 faizini isə ağır xəstələr təşkil edir.
Bu səbəbdən adam çox olan yerlərdən uzaqlaşmaq, təmizliyə maksimum riayət etmək tövsiyə edilir.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1