Язык:
Русский
Gözdə yaranan qızarıqlıq, şişliklərin səbəbləri
21 июня 2018 10786Göz qapaqları vücudda ən həssas nöqtələrdən biridir. Göz qapağında yaranan qızarıqlıqlar ele-belə görünə bilər. Ancaq müalicə edilməzsə daha da mənfi nəticələr verə bilər.
Göz qapağında qızarıqlıq, qaşıntı, şişmə problemləri sıx rastlanılan simptomlardan deyil. Adətən gözdə baş verən fizioloji və patoloji səbəblərdən qaynaqlana bilər. Göz qapaqlarında meydana gələn qızarıqlıq, sürətlə ciddi hal alıb görmə itkisinə yol aça bilər.
Kirpik diblərində folikül adlandırılan iltihablanmadan baş verə bilər. Göz qapağında qızarıqlıq, həssaslıq, şişlik yarana bilər. Problem olan nahiyyəyə kompreslər edilə bilər. Daha sonra dərman ilə müalicə edilməlidir.
Bunlar blefaritdən də baş verə bilər. Blefarit kirpik dibində yaranan infeksiyaya deyilir. Özünü batma hissi şəklində biruzə verə bilər. Müalicə adətən antibiotikli dərman şəklində olur. Bununla yanaşı süni gözyaşı damlası ilə də müalicə edilə bilər.
Kirpik ilə göz qapağının içə dönməsi baş verə bilər ki buna entropion adlanır. Müalicə olunsa da cərrahi müdaxilə daha doğru hesab edilir.
Ektropion isə əksinə olaraq göz qapağının xaricə doğru dönməsi şəklində baş verir. Cərrahi müdaxilə ilə müalicə edilməsi mümkündür.
Gözdə yaranan infeksiyalar da qızarıqlıqlar, şişliklər yarada bilər. Buna səbəb isə gözə təmiz baxılmamasıdır.
Allerjik reaksiyalar da qızarıqlıqlar, şişkinliklərlə nəticələnə bilər. Bu baxımdan gözə təmiz baxılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1