Язык:
Русский
Almaniyalı alimlər müəyyənləşdiriblər ki, kəkələmə beyinin sağ alın payındakı neyron şəbəkəsinin hiperaktivliyi ilə əlaqədardır. Mütəxəssislərin sözlərinə görə, bu neyron şəbəkəsi artikulyar hərəkətlərin planlaşdırılmasına və realizə olunmasına mane olur.
Daha əvvəl aparılan tədqiqatlar göstərib ki, kəkələyən insanların beyin yarımkürələrində aktivlik balansı pozulmuş olur. Onların beyninin sol alın payındakı aktivlik aşağıdır, sağda isə yüksəs. Tədqiqatçılar çalışıblar bu yolla kəkələmənin əsasını müəyyənləşdirsinlər. Mütəxəssislər uşaqlıqdan kəkələyən insanların maqnit-rezonans tomoqrafiyasını (MRT) ediblər. Məlum olub ki, kəkələyən insanlarda sağ alın payındakı neyron yolu kəkələməyən isanlarla müqayisədə daha daha aktivdir. Bu yol nə qədər aktiv olarsa insan bir o qəşdər çox kəkələyir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, sağ alın payındakı hiperaktivlik beyinin nitqə nəzarət edən payının işinə mane olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1