Язык:
Русский
Hepatit A xəstəliyi nədir? – Kimlər risk altındadır
12 марта 2020 17249Hepatit A xəstəliyi, hepatit A virusunun yoluxması nəticəsində ortaya çıxan qaraciyər xəstəliyidir.
Bəs Hepatit A virusu necə yoluxur?
Bu daha çox kirli tərkibi olan su və qida istifadəsindən qaynaqlanır. Yemək hazırlayan və qida sektorunda çalışan insanların təmizlik qaydalarına diqqət etməməsi, kanalizasiya suları ilə kirlənmiş qidaların çiy və ya az bişmiş olaraq yeyilməsi nəticəsində yoluxma halları daha çox müşahidə edilir. Digər yoluxma halları isə cinsi münasibət səbəbilə baş verir. 6 yaşından kiçik uşaqlarda adətən daha az müşahidə edilir. İrəli yaşlarda xəstəliyin riski daha da artır. Xəstəlik, yoluxduqdan 15-20 gün sonra meydana çıxır.
Bəs əlamətləri nədir?
-Halsızlıq, yorğunluq
-İştahsızlıq
-Bulantı, qusma, mədə narahatçılığı
-İshal
-Qarın ağrısı
-Qızdırma
-Dəridə saralma
Sözügedən bu xəstəlik dünya üzrə çox yayılmış xəstəliklərdən hesab olunur.
Bəs kimlər daha çox risk altındadır?
Xroniki qaraciyər xəstəliyi olanlar;
Xroniki Hepatit B və Hepatit C xəstələri;
Laxtalanmada problem yaşayanlar;
Kanalizasiya işçiləri;
Sidik analizi üzrə labaratoriyada çalışanlar.
Bəs xəstəlikdən qorunma üsulları nədir?
Gigiyenik təmizliyə riayət etməli;
Əlləri su və sabunla yaxşıca yumalı;
Yemək üçün tərkibi təmiz olan qidalardan seçilməli;
Sudan ən azı 10 dəqiqə qaynadıldıqdan sonra istifadə edilməli;
Zibillər, ağzı qapalı zibil qutularına atılmalıdır.
Qeyd edək ki, bu xəstəliyə yoluxanlar həkimin göstərişi ilə dərman qəbul etməlidir. Əlavə dərmanların və spirtli içkilərin qəbulu istənilməyən nəticələr doğura bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1