Язык:
Русский
Bu gözlənilməz nəticəyə alimlər apardıqları bir sıra praktik tədqiqatlardan sonra gəliblər. Onların fikrincə, hamiləlik dövründə infeksion xəstəliklər, xüsusilə qrip keçirən qadınlar övladlarına inkişaf mərhələsində daha az diqqət ayırıblar və bu, nəticədə psixoloji problemlər yaradıb.
Alimlər onu da qeyd edirlər ki, bu hallar əsasən qız uşaqlarına aiddir. Hadisələrin nə üçün məhz bu cür cərəyan etməsini mütəxəssislər hələ ki, dəqiq izah edə bilmirlər.
Təcrübənin praktik hissəsində alimlər laborator siçanlar üzərində bir neçə təcrübə aparıblar. Gəmiricilər süni yolla qripə yoluxdurulub və onların immun sistemi və nəsillə davranışları müşahidəyə alınıb. Müəyyən olunub ki, eyni zamanda hamilə olan və qripə yoluxdurulan siçanlar nəsillərindən imtina ediblər.
Bu prosesin dəqiq izahı hələ ki, yoxdur. Lakin alimlər ehtimal edirlər ki, bu dəyişikliklər dölün inkişaf mərhələsində DNT-dəki dəyişikliklərlə əlaqədardır. Məhz bu, nəticə etibarilə təkcə səbəbsiz depressiyaya deyil, həmçinin, digər psixi xəstəliklərə gətirib çıxara bilər. Alimlər qeyd edirlər ki, belə hallar daha çox qızlarda müşahidə edilir.
Düzdür, bu cür fəsadlara səbəb təkcə qrip deyil. Lakin bu xəstəlik etioloji faktor kimi dəyərləndirilə bilər. Ona görə də mütəxəssislər qadınlara tövsiyə edirlər ki, hamiləlik dövründə infeksiya əleyhinə profilaktik tədbirlər görsünlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1