Язык:
Русский
Hamilə qadınlar lazer epilyasiyası etdirə bilər?
23 июля 2018 17302Yəqin ki bu sual bir çox qadınları maraqlandırır.
Bir çox hamilə qadın hormon dəyişiklikləri ilə bağlı yaranan tüklənmədən narahatçılıq hissi duyar. Bunun səbəbi tük köklərinin incə olması və anidən artmasıdır. Doğuşdan sonra isə bu tüklərin bir qismi özlüyündən tökülür. Bu səbəbdən epilyasiya prosedurunun doğuşdan sonra edilməsi daha çox məqsədəuyğundur.
Hamiləlik zamanı ediləcək lazer epilyasiyası bu növ kiçik tüklərdə tərs təsir yaradaraq daha çox qalınlaşdıra bilər.
Dölə heç bir zərəri olmasa da, töküləcək tüklərin köklərini bərkidə biləcəyi üçün həkimlər tərəfindən tövsiyə edilmir. Ginekoloqlar isə hamilə ikən bu prosedurun edilməsinin uşağa zərər vermədiyi qənaətindədirlər.
Bununla yanaşı sinə uclarında yaranmış tüklər üçün də elektroliz prosedurunun edilməsi tövsiyə edilmir. Bu, əmizdirən analar üçün də keçərlidir. Bunun səbəbi isə dərinin bu ərəfədə normadan artıq həssaslaşmasıdır. Həm uşağın hərəkətləri həm də prosedur zamanı hiss oluna biləcək ağrılar ananı kifayət qədər narahat edə bilər.
Bütün bunları nəzərə alsaq bədən hormonları öz fəaliyyətini bərpa etdikdən sonra bu kimi prosedurları yerinə yetirmək məsləhət görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1