Язык:
Русский
Hıçqırıq bu xəstəliyin əlaməti ola bilər
09 апреля 2018 10026Hıçqırıq insanları narahat edən vəziyyətdir.
Türkiyəli mütəxəssis Şükrü Daloğlu hıçqırığın yararlı fizioloji bir vəziyyətinin indiyə qədər tapılmadığını bildirib.
Xüsusilə mədə asidinin çox olub qida borusuna keçməsi, beyin içi təzyiqinin artması nəticəsində hıçqırıq yaranır.
Hansısa xəstəlikdən qaynaqlanmaz. Amma bəzi xəstəliklər zamanı daha tez-tez görünür.
Adətən tənəffüs əzələsinin və sinə əzələlərinin ani sıxılması nəticəsində də yarana bilir.
Hıçqırığın keçməsi üçün karbondioksidin artdırılması vacibdir.
Davamlı olan və keçməyən hıçqırıq zamanı həkimə müraciət edilməlidir. Həkim fərqli dərmanlar verərək bunu keçirə bilər.
Əksər insanın evdə etdiyi üsulları isə mütəxəssislər tövsiyə etmirlər. Məsələn, nəfəs tutmaq, limon içmək, qulaq yolunu bağlamaq, soyuq su içmək kimi üsulların yanlış olduğu və başqa xəstəliklərin yarada biləcəyini bildiriblər.
Mütəmafi olaraq hıçqırıq tutursa diqqətli olun. Keçməyən hıçqırıq arıqlamağa və udqunmada çətinliyə səbəb ola bilər.
Keçməyən hıçqırıq isə qida borusu xərçənginin əlaməti ola bilər.
Ancaq nəzərinizə çatdıraq ki, xarici mütəxəssis Valsh isə xərçəng xəstələrindəki hıçqırığa diafraqmadakı bir sinirin səbəb olduğunu qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1