Язык:
Русский
Gecə tərləməsinin müalicəsi
22 июня 2018 7785Hormon dəyişdirmə – Qadınlarda gecə tərləməsi və qızdırma olursa, müalicəsində adətən estrogen alınır. Süd vəzi xərçəngi, ürək xəstəlikləri riskini artıran bu hormon tək başına ya da progestron ilə birlikdə istifadə edilir.
Atidepressantlar – Aşağı miqdarda istifadə edilən antidepressantların gecə tərləməsini azaltdığı müşahidə edilib.
Yaşayış tərzində dəyişikliklər müalicənin bir növü ola bilər. Meditasiya, dərin nəfəs alma, yoga, stresi azaltmaq üçün istifadə edilən üsullar sayəsində gecə tərləməsini azalda bilər. Bununla daha rahat da yata bilərsiniz.
Bu zaman qidalanmağa da diqqət etmək lazımdır. Ədviyyatlı və isti yeməklər, spirtli və kafeinli içkilər gecə tərləməsini şiddətli formaya saldığı üçün azaltmaqda fayda var.
Siqaret – Gecə tərləməsinə səbəbiyyət verə bilər. Siqareti tərgitməklə xərçəng növləri, infarkt kimi bir çox xəstəliklər riskini də azalda bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1